Rayon MKS-nin əməkdaşları şəhid ailələrini ziyarət ediblər

         Ağcabədi rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşları bütün bayramlarda olduğu kimi, müqəddəs Ramazan bayramında da bir neçə şəhid ailəsini ziyarət ediblər. Vətən müharibəsi şəhidləri olan Gülalı Qəhrəmanov, Anar Cəfərov, Əli Əsədov, İntiqam Hacıyev, Taryel Atayev və Həsən Quliyevin ailəsinə baş çəkən kitabxana işçiləri tərəfindən ailələrə bayram sovqatları təqdim edilmiş, torpaqlarımızın azadlığı uğrunda canlarını əsirgəməyən oğullarımızın xatirəsinin qəlblərdə əbədi yaşayacağı bildirilmiş, onların ruhuna dualar oxunmuşdur.

“Aran”

Şərhlər