20 may 2021-ci il tarixdə Poladlı kəndində Vətən müharibəsində qəhrəmanlıq göstərərək, şəhid olmuş Əmrah Qaraş oğlu Mamedovun doğum günü qeyd olunub. Şəhid valideynləri tərəfindən qeyd olunan doğum günündə sözügedən kənd sakinləri, şəhidin yaxınları, qohumları, müəllimlər, yerli icra və bələdiyyə nümayəndələri iştirak ediblər.
20 may 1998-ci ildə Poladlı kəndində anadan olan Əmrah Mamedov Vətən müharibəsində Tərtər-Suqovuşan istiqamətində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda medalı” ilə təltif olunub.
Şəhidin doğum günündə iştirak edənlər onun xatirəsini 1 dəqiqəlik sükutla yad etmiş, keçdiyi qısa və şərəfli həyat yolundan, eləcə də, döyüş meydanında göstərdiyi igidliklərdən danışmış, onun ruhuna dualar oxumuşlar.
Adil MİSİRLİ