3.1 C
Aghjabadi

Şuşa ölkəmizin mədəniyyət beşiyidir

Qədim Şuşa şəhərinin ölkəmizin mədəniyyət mərkəzi olması artıq rəsmi qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixdə imzaladığı “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncamı ilə belə bir mühüm addım atılıb.

Şuşa şəhəri tarixən Azərbaycanın ictimai-siyasi və mədəni həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası  olmuşdur.

Dövlət başçısının imzaladığı tarixi Sərəncam Şuşa şəhərinin statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edib.

Ermənistan Respublikasının hərbi qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğal edilmiş Şuşa şəhərində  xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi, vandalizm siyasəti həyata keçirilmişdir. Vandalizm nəticəsində 29 il ərzində Şuşada memarlıq abidəsi sayılan – 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki  dağıdılmış, məbədgah və məscidlər təhqir  edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, 20 kitabxana yandırılmışdır.

Sərəncamda göstərildiyi kimi, Ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Şuşa bizimdir! Qarabağ bizimdir!” deyərək bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etmişdir. Müraciətdə deyilib:

“Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Azad edildikdən dərhal sonra şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirə salınmadan inventarizasiyası, bərpa işlərinə başlanılması mühüm əhəmiyyət kəsb edib.

Şuşanın azad olunması, onun yenidən bərpası, Azərbaycan mədəniyyətində öz layiqli yerini alması ulu öndərin ən böyük hədəflərindən olub. Azərbaycan mədəniyyətinin mühüm mərkəzlərindən olan Şuşanın qorunması Heydər Əliyevin xüsusi diqqətində olmuş, 1977-ci ildə onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarla əlaqədar Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Azad olunduqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir. 

Prezident İlham Əliyev hələ fevralın əvvəlində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Şuşanın mədəniyyət paytaxtı elan ediləcəyini bildirib. Qeyd olunan Sərəncamın imzalanma tarixi kimi məhz 7 may tarixinin seçilməsi özündə mühüm mesajlar ehtiva edir.

Şuşa 1992-ci il mayın 8-də işğal olunmuşdu. Ermənilər sonradan hər il həmin günü qələbə bayramı kimi qeyd etmiş, dünyanın müxtəlif yerlərində fərqli tədbirlərlə işğala beynəlxalq dəstək qazandırmağa çalışıb, şəhərin adını da təhrif edərək “Şuşi” kimi göstərmişlər.

1992-ci ildən  sonra hər il mayın 8-ni bayram edən Ermənistan 29 il sonra bu tarixi   Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması faktı ilə qarşılamağa məcburdur.

Bununla dünya ermənilərinə mesaj verilib ki, “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq.

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi tariximizin saxtalaşdırılmasına çalışan digər dövlətlərə də tutarlı mesajdır.

Azərbaycan İslam memarlığının, Qarabağ şəhərsalma ənənələrinin, Cavanşir nəslinin yadigarlarından olan Yuxarı Gövhərağa məscidinin fars memarlıq abidəsi adı ilə “restavrasiya”sına, özgələşdirilməsinə cəhd olunub.

Prezident İlham Əliyev bütün çıxışlarında tariximizin belə özgələşdirilməsi cəhdlərini qətiyyətlə pisləmişdir. “Təəssüflər olsun ki, bəziləri bu çirkin əməllərdə ermənilərlə şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi, guya, təmir ediblər”.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşaya səfərləri zamanı ziyarət etdikləri obyektlər Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu nümayiş etdirir.

Sərəncamın 7 may tarixində imzalanması Türkiyə Prezidentinin Azərbaycana gəlişindən əvvəl şəhərin statusunun rəsmiləşməsinə, dünyanın diqqətini Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olmasına yönəldə bilən mühüm addımdır.

Əvvəlcədən mədəniyyət paytaxtımız Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcəyi qərara alınıb. Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyevanın iştirakı ilə bu qədim diyarda “Xarıbülbül” musiqi festivalı keçirilib. 32 ildən sonra keçirilən “Xarıbülbül” festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunub.

Festival çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunub.

Qeyd etmək lazımdır ki, Şuşanın  mədəniyyət mərkəzi elan olunması daxili auditoriya üçün də mesajlar ünvanlayıb.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Şuşanın müxtəlif qurumlar, oliqarxlar tərəfindən zəbt olunmasına yol verilməyəcəyini xüsusi qeyd etmişdi.

Cənab Prezident belələrinə ciddi xəbərdarlıq edib: “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!”

Bərpa ilə bağlı görüləcək işlərdən danışan dövlət başçısı bildirib ki, Şuşanın bərpası şəhərə Azərbaycan ruhu qaytaracaqdır. Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Xəbər lenti

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları...

“12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım günü”ilə əlaqədar məktəblərdə mühazirələr davam etdirilir

Bu gün Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən M.Aranlı adına 11 saylı tam orta məktəbin Gənc Heydərçilərinə Ulu Öndər Heydər...

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “12 Dekabr-Anım Günü” ilə əlaqədar “Heydər Əliyev və Gənclər siyasəti” adlı tədbir keçirildi

Tədbir 07 dekabr 2022-ci il tarixində Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta...

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

Şərhlər