Bu günlərdə Ağcabədi şəhərinin Qarabağ küçəsində Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş şəhid Zaur Rafiq oğlu Qəribovun xatirəsini əbədiləşdirən bulaq inşa edilmişdir. Şəhidin anası Sadiqə xanım bulağın açılışını etmiş, Hacı Tağı və Salmanbəyli kəndindən olan şəhid atası Sabir Sultanov çıxış edərək Zaur Qəribovun keçdiyi qəhrəmanlıq yolundan danışmışlar. Onlar eyni zamanda, şəhid Zaur Qəribovun əziz xatirəsinə həsr olunmuş bulağın ərsəyə gəlməsində əməyi olan hər kəsə öz təşəkkür və minnətdarlıqlarını bildirmişlər.