Gənc şairin vəfatından sonra şeirlər kitabı çap olundu

                

        Ötən ilin oktyabrında avtomobil qəzasında həlak olan gənc şair Saqif Zeynalın “Tanrı qədər yoxsan” şeirlər kitabı işıq üzü görüb. Kitabda şairin son illərdə qələmə aldığı şeirlərlə yanaşı ilk kitabından da seçmələr daxil edilib.

      Kitabın redaktorları Şərif Ağayar Gündüz Sevindik , “Son söz”  müəllifi isə Məhsəti Musadır.

Qeyd edək ki, Saqif Zeynal 1990-cı ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olub. 1992-ci ildə doğulduğu torpaq işğal edildikdən sonra  ailəsi  Ağcabədidəki Laçın obalarında məskunlaşıb.

     Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirdikdən sonra müəllim kimi fəaliyyətə başlayan gənc şairin şeirləri və hekayələri dövrü mətbuatda çap olunub. “Tanrı qədər yoxsan”  onun sayca ikinci kitabıdır.

     Saqif Ağcabədidə fəaliyyət göstərən “Ələk” ədəbi məclisinin ən fəal üzvlərindən idi.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com