0.4 C
Aghjabadi
Cümə axşamı, Yanvar 20, 2022

“Vikipediya”da özbək dilində “Xarıbülbül” musiqi festivalı haqqında bölmə istifadəyə verilib

Virtual bölmədə Azərbaycanda qədimdən Xarıbülbül adlanan gülün ölkənin Şuşa və Qarabağ yaylasında geniş yayıldığı qeyd olunur, Qarabağ münaqişəsi başlanandan sonra isə Xarıbülbülün Azərbaycan xalqının mübarizəsinin rəmzinə çevrildiyi vurğulanır. Bir çoxları üçün Xarıbülbül nisgil, kədər, ağrı, həsrət simvolu kimi xatırlanıb.

Materialda qeyd olunur ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılmasında Xarıbülbül nişanəsi geniş istifadə olunur. Xarıbülbül əzəmət, məğrurluq, qələbə və azadlıq müharibəsinin, şəhidlərin əziz xatirəsinin və Azərbaycan ordusunun zəfər simvoluna çevrilib.

Bölmədə festival haqqında geniş məlumatlar yer alıb. Qeyd olunur ki, Azərbaycanın məşhur xanəndəsi, Şuşa xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən festival keçirilməyə başlanıb, 1990-cı ildə isə beynəlxalq status aldıqdan sonra festivalda Türkiyə, Yaponiya, ABŞ, Almaniya, İsrail, Niderland, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan və sabiq SSRİ məkanından ölkələr iştirak edib. Festival çərçivəsində konsertlərin Azərbaycanın Qarabağ bölgəsinin Ağdam, Bərdə və Ağcabədi şəhərlərində də keçirildiyi bildirilir.

Virtual səhifədə 1992-ci ildə mayın 15-də başlanmalı olan dördüncü festivalın ləğvindən də bəhs olunur. Vurğulanır ki, dünyanın 30-dan çox ölkəsindən 500 nəfər musiqiçinin iştirak edəcəyi “Xarıbülbül” festivalının keçirilməsi planlaşdırılsa da, erməni təcavüzü, Qarabağda müharibənin alovlanması və tarixi Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi səbəbindən ləğv olunub.

“Festivalın bərpası” adlı bölmədə 28 ildən sonra 2020-ci il noyabrın 8-də Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi haqqında danışılır.

Qeyd olunur ki, 2021-ci ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət naziri Anar Kərimovu qəbul edərkən Şuşada “Xarıbülbül” festivalının dirçəldilməsinin zəruriliyini bildirib.

Bölmədə vurğulanır ki, Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini Azərbaycanın Mədəniyyət paytaxtı elan edib və bu sənəddə Şuşada “Vaqif Poeziya günləri”nin, “Xarıbülbül” musiqi festivalının bərpa olunması öz əksini tapıb.

Bildirilir ki, 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı 30 ildən sonra yenidən keçirilib.

Bölmədə “Xarıbülbül” festivalının açılışında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı, Azərbaycanda yaşayan xalqların folklor ansambllarının, habelə müxtəlif illərdə Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərovanın lent yazıları yer alıb.

“Vikipediya”da Azərbaycan dilində olan “Xarıbülbül musiqi festivali” adlı virtual bölmə də əlavə və dəyişikliklər edilərək zənginləşdirilib.

Bölmədə bu il keçirilən festivalla bağlı iştirakçıların siyahısı, onların ifaları haqqında məlumat və fotoşəkillər öz əksini tapıb.

Özbək dilində istifadəyə verilən “Xarıbulbul musiqi festivali” adlı virtual bölmə ilə https://uz.wikipedia.org/wiki/Xaribulbul_musiqa_festivali linkində tanış olmaq mümkündür.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Xəbər lenti

Ağcabədi Pedaqoji Kollecində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

20 Yanvar hadisəsi təkcə faciə deyil, eyni zamanda xalqımızın azadlıq istəyi,  öz müstəqilliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.  Ağcabədi Pedaqoji Kollecində Qanlı Yanvar...

Eldəniz Qənbərov: “Gecə saat 12:00-dan başlayaraq şəhərə böyük texnika yeridildi. Göyün üzü işıq saçan güllələrlə dolu idi”

Xalqımızın qan yaddaşı olan 20 yanvar faciəsinin növbəti ildönümüdür. Əlbəttə, o dövrün hadisələri haqqında çox məlumatlar var, çox şahidlər danışıb. Amma hər...

Ağcabədidə 20 Yanvar faciəsi şəhidlərininxatirəsi anılıb

Respublikamızın bütün bölgələrində olduğu kimi Ağcabədidə də 20 Yanvar faciəsi şəhidlərinin anım günü qeyd olunub. Anım mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Kəmalə Əlizadə: “Gözlərini yummazdan əvvəl evin ünvanını deyib”

20 Yanvar faciəsinin qurbanlarından biri də Faiq Əbdülhüseyn oğlu Əlizadə idi. O, 10 yanvar 1953-cü  ildə Ağcabədidə anadan olub. Sonradan Bakı şəhərində yaşayan həmyerlimiz hadisə...

Cərimə olundular

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində mövcud  karantin qaydalarını pozan şəxslər cərimələnib. Belə ki, yas...

İbiş bəy Mirzə Cəlili ölümdən necə xilasetdi?

Azərbaycanın ilk maarifçi qadınlarından, tanınmış ziyalı, ictimai xadim, xeyriyyəçi Həmidə xanım Cavanşir görkəmli yazıçı, dramaturq və publisist Cəlil Məmmədquluzadənin sədaqətli həyat yoldaşı...

Təcrübə üçün səfər et

Bu günlərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin əməkdaşları və könüllüləri “Aran” qəzeti redaksiyasının yaradıcı kollektivi ilə görüş keçiriblər.

Vaksinasiya tədbirləri davam edir

Rayonda koronavirus pandemiyası ilə əlaqədar vaksinasiya tədbirləri davam edir. Rayon mərkəzi xəstəxanasında peyvənddən öncə, sakinlərin müayinədən keçirilməsi diqqət mərkəzində saxlanılır. İndiyədək bölgədə...

Ziyalının xatirəsi əbədiləşdirildi

Xeyirxah əməllər sahibi olan insanlar həyatda olmasalar belə, qəlblərdə iz qoyur, əbədi yaşayır. Ağcabədinin dəyərli ağsaqqallarından, ziyalılarından biri olan Xəlil Xəlilov da...

Qəhrəmanlıq salnaməsi

ADPU-nun Ağcabədi filialında  dəyirmi masa keçirilib Yanvarın 19-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialında Qanlı Yanvar faciəsinin 32-ci il dönümü münasibətilə dəyirmi masa keçirilib. Tədbirdə ADPU-nun Ağcabədi filialının müəllim kollektivi və  tələbələr iştirak ediblər. 

Şərhlər