Respublikanın pambıqçılıq təsərrüfatlarında becərmə işləri geniş vüsət alıb. Rayonumuzun pambıqçıları da bu istiqamətdə uğurlu addımlar atırlar. Rayonun “MKT İK” MMC “Azərpambıq” MMC və “ P-Aqro” MMC emal müəssisələri ilə 2051 nəfər istehsalçı arasında bağlanılmış müqavilələr əsasında 11 min 024 hektardan çox sahəyə pambıq əkilib. Rayon üzrə bütün təsərrüfatlarda yaxşı bitiş əldə olunub. Həmin əkin sahələrində geniş kultivasiya və suvarma tədbirləri həyata keçirilir. Hazırda rayon üzrə 6 min 300 hektardan çox sahəyə kultivasiya çəkilib, 4 min 220 hektardan çox sahədə isə suvarma işləri aparılıb. Əkin sahələrinin mineral gübrələrlə təmin olunması da diqqət mərkəzində saxlanılır.
Rayonda bütün ərazilər üzrə fəaliyyət göstərən təsərrüfatlarda alaq otlarına qarşı mübarizə tədbirlərinə başlanılıb.
Əkin sahələrində becərməni səmərəli təşkil etmək üçün fermer təsərrüfatları emal müəssisələri tərəfindən traktor və digər texniki vasitələr, eləcə də mineral gübrələrlə vaxtında təmin olunur.
Yəhya PAŞAZADƏ