Bilirdinizmi?

Bir ağac il ərzində atmosferə təxminən 120 kiloqram oksigen buraxır. Bu qədər oksigen üç nəfərdən ibarət bir ailənin bütün il boyu tənəffüsünə bəs edir.

*       *       *

Ağac ona lazım olan qidanın 90 faizini atmosferdən, 10 faizini isə torpaqdan alır. Digər canlılarla müqayisədə, ağaclar planetimizin ən uzun ömürlü varlıqlarıdır.

*       *       *

Ağaclar atmosferin çirklənməsinin qarşısını alan ən etibarlı müdafiə vasitəsidir. Onlar havanı işlənmiş qazlardan təmizləyir və şəhərlərin səs tonunu tənzimləyir.

*       *       *

Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür.

*       *       *

Tsay Lun bundan təqribən 2000 il əvvəl Çində yaşayan bir məmur idi. O, bu eranın 105-ci ilində tut ağacı qabığını və parça qırıntılarını su ilə qarışdıraraq əzdi, presləyərək suyunu çıxardı və alınmış nazik təbəqəni qurumaq üçün günəşin altında ipdən asdı. Əslində insanlar hələ eradan əvvəl 3500-cü illərdə yazı yazmaq mümkün olan müxtəlif əşyalardan (daş, ağac gövdəsi, gil lövhə və s.) istifadə edirdilər. Kağızın kəşfi sonrakı dövrdə çinliləri dünyada ən inkişaf etmiş mədəniyyətlərdən birinin sahibinə çevirdi.

Kağız 793-cü ildə Bağdadda, 1151-ci ildə isə Avropada istehsal olunmağa başladı.

*       *       *

Ən qədim ağac Avstraliya mikrozamiyasıdır. Bunlar 5-7 min il yaşıyırlar. Ayrıca ekzemplarlar isə 15 000 ilə kimi yaşaya bilirlər. İkinci yerdə Mafusayl adında şam ağacıdır. Onun yaşı 4800 ildir, Kaliforniyanın «White Mountains» parkındadır

*       *       *

Ətirli qatran qurudulmuş ağac şirəsindən hazırlanır.

*       *       *

Tozağacı ildə milyondan çox toxum istehsal edir.

*       *       *

Palıd ağacının odununda və yarpaqlarında 400 000 tırtıl (kəpənək qurdu) mövcuddur.

*       *       *

Eksprimentlər göstərib ki, xəstəxana otaqlarının pəncərəsi yaşıl zonaya, parklara, meşələrə açılan xəstələr daha tez sağalırlar.

*       *       *

Qırmızı ağacın qabığı oda davamlıdır. Qırmızı ağaclardan ibarət meşədə yanğın olanda yanğın ağacın gövdəsində baş verir.

*       *       *

İldırım vurmasına ən çox palıd ağacları məruz qalırlar.

*       *       *

Banan ağacı bildiyimiz əslində  ağac deyil,  dünyada ən böyük otlu bitkilərdəndir.

*       *       *

Afrika Baobab ağacının gövdəsinin diametri onun boyu qədərdir. Baobab ağacı uçan siçanlar vasitəsilə tozlanır, bunun üçün də onun 20 santimetr diametrində olan yarpaqları axşama doğru açılır səhər isə düşürlər.

*       *       *

İki ağac bir adamın oksigen ehtiyacını qarşılayır.

*       *       *

Bir hektar meşə təxminən 30-40 ton toz udur. Ona görə də meşələrin havası 99% təmiz olur.

Adil MİSİRLİ

Şərhlər