2021-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) təsis edilməsinin 100 illiyi ilə əlaqədar Həmkarlar İttifaqı hərəkatında xidmətlərinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi rayon komitəsi rəyasət heyətinin 2 aprel 2021-ci il tarixli 44 saylı qərarına əsasən bir qrup fəal HT üzvü- Hüseynova Yaqut Zakir qızı, Ağamirova Jalə Mirqamət qızı, Əliyeva Məhsəti Rafiq qızı, Zeynalova Zinyət Soltan qızı və şəhid anası Atayeva Zeynəb Hüseyn qızı Fəxri fərman, döş nişanı və hədiyyələrlə təltif ediliblər.
Təqdimat zamanı Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini -dini qurumlarla işin təşkilatçısı Ceyhun Mamedov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftəliyeva və ATİAHİ-nin Ağcabədi rayon komitəsinin sədri Arzu Niftalıyeva çıxş edərək təltif olunan fəal ittifaq üzvlərini təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulayıblar.