“Aran” qəzeti, “Ələk” ədəbi məclisi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 29 may 2021- ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Bölgələrimizdə ədəbi mühit” mövzusunda tədbir keçirilib.Tədbirin dəvətli qonağı “525-ci qəzet”in müxbiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi, şair, publisist Şahanə Müşfiq olmuşdur.
Öncə Ağcabədi Şəhidlər xiyabanı ziyarət edilmiş,torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın ruhuna dualar oxunmuşdur.
Sonra Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyində olan qonaqlar buradakı eksponatlarla, eləcə də Vətən müharibəsi zamanı düşmən tərəfindən Ağcabədi ərazisinə atılan raket, mərmilər və s.dən ibarət sərgi ilə tanış olmuşlar.
Bundan sonra keçirilən tədbirdə “Aran” qəzetinin redaktoru Məhsəti Musa Ağcabədidəki ədəbi mühit haqqında qonaqlara məlumat vermiş, “Ələk” ədəbi məclisinin fəaliyyətindən söz açmışdir.
Tədbirin dəvətlisi Şahanə Müşfiq mövzu ilə bağlı ətraflı çıxış edərək belə görüşlərin əhəmiyyətinin böyüklüyünü vurğulamışdır. Daha sonra Heydər Əliyev Mərkəzinin direktor əvəzi Rövşanə Əliyeva, “Aran” qəzetinin redaktor müavini Adil Misirli, AYB-nin üzü,şair Gündüz Sevindik, şair Cahandar Aybər, Vəli Qurbanoğlu, Nofəl Ümid, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova və digərləri öz fikir və təkliflərini səsləndirmişlər.
Sonda şairlər tərfindən oxunan şeirlər tədbirdə daha da xoş ovqat yaratmışdır.