1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunmuşdur

1 iyun 2021-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə rayon məktəbəqədər təhsil müəssisələrinin balaca fidanlarının iştirakı ilə “Dünyanı uşaqlara verək!” adlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə rayon Şəhidlər Xiyabanını ziyarət edərək,Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ruhunu ehtiramla anmışlar. Daha sonra balaca balalarımız Ümummilli Lider Heydər Əliyevin rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış abidəsini ziyarət etmişlər.

Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Uşaqlar şeir söyləmiş, mahnı oxumuş və rəqs etmişlər. Tədbirin yekununda keçirilən əyləncəli viktorinada  iştirak edən  balacalara “ Aran” qəzeti tərəfindən hədiyyə paylanmışdır.

Əziz balalarımız! Sizlər bizim gələcəyimizsiniz. Tanrı sizin üzünüzdə heç zaman körpə təbəssümünü və xoşbəxtliyini əksik etməsin. Daim gülün, sağlıqlı və xoşbəxt olun.

BAYRAMINIZ MÜBARƏK!

Türkiyədəki zəlzələ ilə bağlı yardım toplama məntəqəsi yaradıldı

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərər çəkən insanlara humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. “Qafqazinfo” səfirliyə istinadən xəbər verir...

XRİTDX: “Mayda bütün dövlət qurumlarının yeni poçt sisteminə köçürülməsinə başlanacaq”

Bu il mayın 1-dən Azərbaycanda bütün dövlət qurumlarının yeni poçt sisteminə köçürülməsinə başlanacaq. "Report" xəbər verir ki, bunu Xüsusi Rabitə...

Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə...

DYP sürücü və piyadalara çağırış edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib. İdarədən "Report"a daxil olan açıqlamada deyilir:

Türkiyə səfirliyi zəlzələdən zərərçəkənlərə yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Diplomatik nümayəndəlikdən “Report”a bildirilib ki, zərərçəkənlərin əsasən qış...

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi – Fotolar

Prezident İlham Əliyev fevralın 7-də Konqonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb – YENİLƏNİB

10:50 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə yüksəlib. “Aran” Türkiyə KİV-lərinə istinadən bildirir.

Energetika naziri Beyləqanda vətəndaşlarla görüşəcək

Energetika naziri Pərviz Şahbazov fevralın 24-də Beyləqan, Ağcabədi, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən AZƏRTAC-a bildirilib ki,...

Azərbaycan Türkiyəyə tibbi ləvazimat və 34 nəfərlik tibbi heyət olan daha iki təyyarə göndərib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Quş qripinə qarşı monitorinqlərin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

Şərhlər