Uşaqlar Gələcəyimizdir

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Aran” qəzetinin kollektivi körpələr evi-uşaq bağçalarının körpə fidanları arasında viktorinalar təşkil edərək uşaqlara hədiyyələr təqdim ediblər. Uşaqların ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra uşaqlar anaya, vətənə, uşaqlara,dövlət rəmzlərimizə aid şeirlər söyləyiblər. “Aran”-ın əməkdaşları açıq havada  uşaqlarla müxtəlif oyunlar keçirərək, sevinclərinə şərik olublar. Sonda onlarla birgə xatirə  şəkli çəkilib.

Şərhlər