Ağcabədi sakinləri qəzaya düşdü

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 14 radələrində Bakı-Qazax magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, iritutumlu “Mercedes” markalı avtomaşınla eyni markalı minik maşını toqquşub. Nəticədə Ağcabədi rayon sakinləri – 38 yaşlı İsmayılov Anar Nərman oğlu və 52 yaşlı Nəsirova Səbirə İsgəndər qızı müxtəlif növ bədən xəsarəti alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com