Beynəlxalq bioloji müxtəliflik günü qeyd olunmuşdur

         22 may 2021-ci il tarixdə Ağgöl Milli Parkında Beynəlxalq Bioloji Müxtəliflik günü münasibəti ilə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev bioloji müxtəliflik haqqında geniş söhbət açmışdır. Bioloji müxtəlifliyin qorunmasının XXI əsrdə ən vacib məsələlərdən biri olduğunu vurğulayan İ.Paşayev qeyd etmişdir ki, bioloji müxtəlifliyin qorunub, saxlanılması dünyada baş verən bir çox qlobal problemlərin həlli deməkdir.

Tədbirdə sözügedən Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Əbülfəz Köçəriyev, aparıcı məsləhətçi Fuad Xudiyev, Ekoloji İctmai Birliyin (QHT) sədri Musa Muradlı, Beyləqan rayonundan olan Zaur Quliyev, Ağgöl Milli Parkının direktoru Xəzər Məhərrəmov, Ağdam Musiqi Məktəbinin müəllimi Teymur Köçərli və “Aran” qəzetinin əməkdaşı Adil Misirli çıxış edərək təbiətin, eləcə də bioloji müxtəlifliyin həyatımızda oynadığı mühüm roldan danışmış və onun həyat üçün zəruri olan amillərdən biri olduğunu nəzərə çatdırmışlar.

Ağgöl Milli Parkının Aran Qarabağ üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi ilə vurğulayan tədbir iştirakçıları belə görüşlərin müntəzəm keçirilməsinin vacibliyini qeyd etmişlər.

“Aran”

Şərhlər