Məlumdur ki, obyektivlik, dolğun məlumatlar iqtisadiyyat sahəsində əldə olunan nəticələrin adekvat qiymətləndirilməsinə xidmət edir. Bu zaman iqtisadiyyatın təhlili və inkişaf meyllərini müəyyən etmək üçün ilk növbədə makroiqtisadiyyat, pul və məzənnə siyasəti, valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş vermiş dəyişikliklərə diqqət yetirilməlidir. Azərbaycanda şəffaflıq, liberallaşdırma, eləcə də stratifikasiya siyasəti iqtisadiyyatın davamlı inkişafına təmin edir.
Bu gün müştərilərin tələblərinin yüksək səviyyədə ödənilməsi dövlətimizin iqtisadiyyat sahəsində fəaliyyətinin əsas prioritetlərindən hesab olunur. Bu sahədə problemlərin həlli diqqət mərkəzində saxlanılır. Ölkədə fəaliyyət göstərən banklar və bank olmayan ödəniş xidməti təchizatçıları nağd pul avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslara adaptasiya prosesi yekunlaşmaq üzrədir. Dövlətin çevik reaksiyası nəticəsində yaranan texniki çətinliklər öz həllini tapıb. Eyni zamanda, hazırda yenilənmiş pul nişanları ilə yanaşı, köhnə nümunəli 1, 5 və 50 manatlıq pul nişanları da paralel olaraq tədavül vasitəsidir və məhdudiyyətsiz istifadə edilir. Hazırda pul nişanlarının ödəniş terminallarında qəbulu ilə bağlı hər hansı çətinlik müşahidə olunmur.
Yeni pul əsginasları ilə bağlı yarana biləcək hər hansı çətinlikliyin aradan qaldırılması üçün müvafiq qabaqlayıcı tədbirlər görülür. Ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına adaptasiyası məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılmış, habelə müvafiq pul nişanları ilə təmin edilmiş və adaptasiya prosesinə başlanılmışdır. Hazırda müvafiq sistem və avadanlıqların yenilənmiş pul nişanlarına uyğunlaşdırılması kommersiya bankları və ödəniş xidmətləri provayderləri tərəfindən əsasən yekunlaşmış və bu sistemlər yenilənmiş pul nişanlarında ödənişləri qəbul edir.
Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivləri meydana çıxır. Cari ilin 29 may tarixində Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir.
İdarəetmə infrastrukturunun təkmilləşdirilməsi və maddi-texniki bazanın müasirləşdirilməsi dövlətin inkişafından xəbər verən əsas göstəricilərindəndir. Respublika İqtisadiyyat Nazirliyinin yeni binasının memarlıq üslubu, texniki təchizatı və ultra-müasir konsepti bu baxımdan mühüm əhəmiyyət kəsb edib. Mayın 28-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş İqtisadiyyat Nazirliyinin yeni binasının açılışı ilə Azərbaycanın regionun lider ölkəsi statusunu bir daha təsdiq edib.