Azərbaycanın iqtisadi imkanları, dünyadakı nüfuzu daha da artır

     Məşhur iqtisadçı alim C.M. Keyns öz elmi tədqiqatlarına əsaslanaraq yazırdı “Dünyanı idarə edən ayrı- ayrı ölkələrin dövlət başçılarıdır.Оnların buraxdığı cüzi səhvlər böyük fəlakətlərə səbəb оlur”.  1991-1993-cü illərdə Azərbaycan da bu fəlakətlə üz-üzə idi.Məhz  Ümummilli Liderimiz Heydər Əliyevin xalqın təkidi ilə respublika rəhbərliyinə yenidən qayıdışı əhalini və dövləti böyük faciələrdən xilas etdi, bu isə müstəqil Azərbaycanın tərəqqisinə səbəb оldu.

Dahi liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə  xalqın ictimai həyatında, iqtisadiyyatın bütün sahələrində, elm və mədəniyyətin inkişafında böyük nailiyyətlər əldə edildi. Azərbaycan dinc, stabil inkişaf, quruculuq mərhələsinə qədəm qoydu. Demək olar ki, bütün sahələrdə tənəzzül aradan qaldırılmağa başlandı və aparılan məqsədyönlü addımlar nəticəsində müsbət nəticələrə nail olundu.

   Ən vacib məqam, Azərbaycan vətəndaşında özünə, sabahına, gələcəyinə, dövlətinə güclü inam hissi yaranmağa, formalaşmağa, ümidlər közərməyə, alovlanmağa başladı. Dövlət vətəndaşından, vətəndaş dövlətindən güc aldı. Təcrübəli dövlət xadimi Heydər Əliyev qəti əmin oldu ki, ağır vəziyyətdə olan respublika iqtisadiyyatını dirçəltmək, ölkənin dünyaya inteqrasiyasında iştirakını canlandırmaq üçün ən ümidverici mənbə neft amili ola bilər. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Çökməkdə olan iqdisadiyyat bununla yeni nəfəs aldı. Azərbaycana güclü investisiya axını başlandı. Neft strategiyası müstəqil respublikamızda demokratiyanın inkişafı, ictimai-siyasi sabitliyin təmin edilməsi, milli dövlət quruculuğunun möhkəmləndirilməsi, onun dünya iqtisadiyyatına qovuşması üçün möhkəm baza yaratdı.

  Azərbaycan neftinin, qazının dünya bazarlarına çıxarılmasını təmin edən Bakı-Novorossiysk, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz boru kəmərləri ölkəmizin dünya neft siyasətində özünəməxsus yer tutmasına imkan yaratdı. 2014-cü ildə Səngəçalda Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2015-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yeni saziş imzalandı.

Ölkəmizin Qədim İpək Yolu dəhlizində fəal iştirakı, Bakı-Ələt Dəniz Limanının, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Ələtdə xüsusi iqtisadi zonanın yaradılması Azərbaycanın dünyanın mühüm nəqliyyat dəhlizinə çevrilməsi imkanlarını reallaşdırdı.

    44 günlük Vətən müharibəsində əldə olunan qələbə, Naxçıvanın nəqliyyat blokadasından azad olunması nəqliyyat-ticarət əlaqələrinin inkişafında yeni bir mərhələnin başlanğıcından xəbər verir.

    Yaxın zamanlarda TAP işə düşəcək və bununla da Azərbaycanın iqtisadi imkanları, bölgədəki və dünyadakı çəkisi, nüfuzu daha da artmış olacaq.

      Göründüyü kimi, ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış pоtensiala əsaslanan Azərbaycan iqtisadiyyatında islahatlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmiz iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlərə, ölkə iqtisadiyyatının sıçrayışlı inkişafı və оnun iqtisadi artım tempinə görə dünyanın lider ölkəsinə çevrilir, ildən-ilə güclənir, inkişaf edir.  Qüdrətli оrdu, regiоnda lider mövqe, beynəlxalq aləmdə nüfuz… Bütün bu sadalananlar günümüzün reallığıdır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər