Ağcabədidə “15 iyun – xilas günümüz” adlı sərgi təşkil edilib

15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “15 iyun – xilas günümüz” adlı sərgi təşkil edilib.

Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab və jurnallardan ibarət sərgi iyunun 16-dək davam edəcək. Pandemiya dövrünün tələbləri qorunmaqla, istənilən şəxs sərgi ilə tanış ola bilər.

Şərhlər