16.1 C
Aghjabadi
Çərşənbə axşamı, May 24, 2022

Ağcabədidə dönər evi cərimələndi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 463 ictimai iaşə obyektində 798 monitorinq keçirib.

AQTA-dan Sfera.az-a verilən məlumata görə, monitorinqlər zamanı 22 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov rayonu‎, Təbriz 35 ünvanında yerləşən, fiziki şəxs Kərimov Arzuman Əhməd-Ağa oğluna məxsus “Green park” restoranı;

2. Bakı şəhəri, Nərimanov rayonu‎, Təbriz 35 ünvanında yerləşən, fiziki şəxs İsbəndiyarov Teymur Şökət oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail rayonu, İslam Səfərli 1‎ ünvanında yerləşən, hüquqi şəxs “Siti Keyterinq” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Cafe city” restoranı;

4. Bakı şəhəri, Səbail ‎rayonu, Ə.Əliyev 11 ünvanında yerləşən, fiziki şəxs Həsənov Sahib Akif oğluna məxsus “Bomond” restoranı;

5. Bakı şəhəri, Suraxanı ‎rayonu, Ə.Mehbalıyev 5 ünvanında yerləşən, fiziki şəxs Bayramov Sahib Əlifxan oğluna məxsus “İki tikə” restoranı;

6. Bakı şəhəri, Nizami ‎rayonu, Ş.Mirzəyev – Çobanzadə küç. kəsişməsində yerləşən, fiziki şəxs Abdullayev Zaur Alikoviç oğluna məxsus “Nanə lounge” restoranı;

7. Bakı şəhəri, Sabunçu ‎rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev 4V ünvanında yerləşən, fiziki şəxs Əmrahov Cambulad Zahid oğluna məxsus “Pivə” kafesi;

8. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov 6 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Ələkbər Xasay oğluna məxsus kafe;

9. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 39 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Cəmil Yaşar oğluna məxsus “Üzüm” restoranı;

10. Bakı şəhəri, Nizami rayonu, Ş. Qurbanov 21 ünvanında yerləşən, hüquqi şəxs “Azemat” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Dominos pizza” restoranı;

11. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, ev 46 ünvanında yerləşən, fiziki şəxs Gülməmmədov Taleh Rüstəm oğluna məxsus “Qala bazar” restoranı;

12. Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov 28 ünvanında yerləşən, fiziki şəxs Qasımov Cəmil Adil oğluna məxsus “Kaman” restoranı;

13. Bakı şəhəri, Nərimanov rayonu‎, Təbriz 144 ünvanında yerləşən, fiziki şəxs Məlikova Sona Mirsaab qızına məxsus kafe;

14. Bakı şəhəri, Nərimanov rayonu‎, Əliyar Əliyev 26, 1956-1989-cu məhəllədə yerləşən, fiziki şəxs Sultanov Emil Nizami oğluna məxsus “Qonşu” restoranı;

15. Bakı şəhəri, Yasamal rayonu, Muxtarov 184 ünvanında yerləşən, fiziki şəxs Murtuzov Elnur Arzu oğluna məxsus kafe;

16. Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 532 ünvanında yerləşən, fiziki şəxs Həsənov İlham Sətdar oğluna məxsus “Mizuri” restoranı;

17. Bakı şəhəri,Yasamal rayonu, Mətbuat prospekti 35 ünvanında yerləşən, fiziki şəxs Salamzadə Ramil Kamil oğluna məxsus kafe;

18. Bakı şəhəri, Səbail rayonu, Kefkab Səfərəliyeva 5 ünvanında yerləşən, hüquqi şəxs “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Holiday inn” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;

19. Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən, fiziki şəxs Hacıyeva Yeganə Novruz qızına məxsus kafe;

20. Cəlilabad rayonu, Göytəpə ünvanında yerləşən, fiziki şəxs Əsədullayev Zaur Əkram oğluna məxsus kafe;

21. Ağcabədi rayonu, H. Aslanov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Sənan Əli oğluna məxsus dönər evi;

22. Abşeron rayonu, Xırdalan şəhəri, Qalibiyyə küçəsində yerləşən, fiziki şəxs Hüseynov Çingiz Rafiq oğluna məxsus “Abşeron” kafesi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Xəbər lenti

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

Şərhlər