Aİ Azərbaycan təhsilinə 740 min avrodan çox vəsait ayırıb

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ölkədə təhsil sisteminin və müəllimlərin bacarıqlarının təkmilləşdirilməsinə yönəlmiş “İnklüziv təhsil sahəsində müəllimlərin ixtisasının artırılması” layihəsinə 740 min avrodan çox vəsait ayırıb.

Bu layihə Bakı, Şəki, Ağcabədi, Quba, Şamaxı və Masallıda icra olunur.

Layihə mindən çox orta məktəb müəllimi və 250 direktoru, 400 ali tədris müəssisəsi müəllimini və 2 min şagirdi əhatə edir.

Qeyd edək ki, Aİ-nin Azərbaycandakı nümayəndəliyi KİV nümayəndələri üçün Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında reallaşdırılan layihələrlə tanışlıq məqsədilə ikigünlük səfər təşkil edib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com