Tam (11) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının I mərhələsinin nəticələrinə əsasən Ağcabədi rayonu üzrə ən yüksək bal toplayanların adı müəyyən edilib.
Ağcabədi rayon Təhsil Şöbəsindən bildirilib ki, 2020-2021-ci tədris ilində rayonun ümumtəhsil müəssisələrində təhsil alan 1113 nəfər XI sinif məzunlarından 1090 nəfəri buraxılış imtahanlarının I mərhələsində iştirak etmişlər. Onlardan ən yüksək bal toplayan şagirdlərin imtahan nəticələri aşağıdakı kimidir.
1. Ə. Alıyev adına şəhər 12 nömrəli tam orta məktəbin şagirdi Əhmədzadə Fatimə İxtiyar qızı- 285 bal
2. R. Quliyev adına Taynaq kənd tam orta məktəbin şagirdi Bağırov Məhəmməd Ramil oğlu – 282 bal
3. Ş. Hüseynova adına Şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Məmmədzadə Fidan Gülalı qızı- 272 bal
4. M. F. Axundov adına şəhər 3 nömrəli məktəb- liseyin şagirdi Hacıyeva Mahnur Vüqar qızı- 260 bal
Qeyd edək ki, bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.
Buraxılış imtahanlarının ikinci mərhələsi iyul ayına planlaşdırılır.