2.5 C
Aghjabadi

12-ci əsrdən 21-ci yüzilliyə müdrik mesajlar

Azərbaycanın dahi mütəfəkkir şairi Nizami Gəncəvi dünya ədəbiyyatına, mədəniyyətinə misilsiz töhfələr bəxş etmiş qüdrətli söz ustasıdır.

Dünya şeir-sənət xəzinəsini bənzərsiz əsərləri ilə zənginləşdirən dahi sənətkarın parlaq yaradıcılığı yeni bir ədəbi hadisənin əsasını qoyub. Elə bu səbəbdən də onun əbədiyaşar kəlamları bu gün dünya ədəbi-mədəni, ictimai-fəlsəfi fikrinin ön sıralarında dayanır. Yaradıcılığı, poeziyası sərhəd tanımayan bütün zamanlar şairinin qanadlı misraları nəinki azərbaycanlıların, bütün dünya xalqlarının mədəni-mənəvi sərvətinə çevrilib. Onun hikmətlə dolu müdrik kəlamları yüz illərdir ki, yer üzünü dolaşır, insanları nəcib duyğulara, mənəvi yüksəlişə, kamilliyə, xeyirxah əməllərə səsləyir.

Nizami, idrakından süzülüb gələn tükənməz  nəsihətlər, aforizmlər,  kəlamlar, sözlər vasitəsi ilə özündən sonrakı nəsillərə, eləcə də XXI əsrin sakinlərinə qiymətli məsləhətlərini, mesajlarını çatdırıb. Şair, elə bil ki, əsərlərini bu gün qələmə alıb, bu gün üçün yazıb, sözlərini bizim müasirlərimizə yenicə ünvanlayıb. Bu müdrik kəlamlardan ibarət düşüncə açarları yaddaşların bütün kodlarına düşür, ağıl qapılarını açır, ürəklərə yol tapır.

İnsan mənəviyyatına incəliyinə qədər bələd olan, zəmanəsinin elmlərini dərindən bilən Nizami Gəncəvi həyatın elə bir sahəsi yoxdur ki, yaradıcılığında toxunmasın, münasibət bildirməsin. Şair əsərlərində dilindən, dinindən, irqindən, dünyagörüşündən asılı olmayaraq, hər kəsi düşündürür, bəşəri ideyalarla silahlandırır. Lakin Nizami daha çox mənsub olduğu xalqla bağlı olan sənətkardır.  Buna görə də onun hər bir kəlməsi, hər bir sözü biz azərbaycanlılar üçün daha doğma, daha yaxın hesab olunur. Təsadüfi deyildir ki, müdrik Nizami kəlamları hər bir azərbaycanlının həyatında atalar sözü, məsəllər statusu qazanıb. “Sözün də su kimi lətafəti var”, “Artıq içiləndə dərd verir su da”, “Eşqdir mehrabı uca göylərin”, “Qoy, ədalət zəfər çalsın”, “Kamil bir palançı olsa da insan,yaxşıdır yarımçıq papaqçılıqdan” kimi müdrik ifadələr uşaqdan-böyüyə hər kəs üçün məhrəm və əzizdir. Şairin əsərlərində yer alan bu müdrik ifadələr nəsildən-nəslə ötürülərək, dillər əzbəri olmuşdur.

Böyük sənətkar “Xosrov və Şirin”, “Leyli və Məcnun”, eləcə də “Yeddi gözəl” poemalarında oğlu Məhəmmədə verdiyi nəsihətlərin, məsləhətlərin timsalında bütün insanlara öz  məramını açıqlayır. O, sanki zəmanəsinin tribunasından bütün bəşər övladlarını haqqa, ədalətə, kamilliyə, düzlüyə, doğruluğa dəvət edir:

Ucalmaq istəsən, bir kamala çat,

Kamala ehtiram göstərir həyat.

Səadət kamalla yetişir başa,

Xalqa hörmət elə, ədəblə yaşa.

Öz adına layiq işlər gör ki, sən,

Axırda utanma xəcalətindən…

Nizami müdrik nəsihətləri ilə hər kəsə, xüsusilə gənc nəslin nümayəndələrinə müraciət edərək, dəyərli məsləhətlərini, öyüdlərini sıralayır. Əslində, dahi sənətkarın nəsihətləri yalnız bunlarla yekunlaşmır. O, əsərlərinin hamısında bəşər övladını humanizmə, mənalı yaşayışa, həqiqətə səfərbər edir. Nizaminin bütün ibrətamiz hekayətləri, fəlsəfi düşüncələri, az sözlə böyük mənalar ifadə edən mühakimələri sonsuz səlahiyyətlərə malikdir.  Sənətkarın bütün beytləri, rübailəri, qəzəl və qəsidələri, poemaları yüksək tərbiyəvi əhəmiyyət daşıyan kəlam və nəsihətlər dəfinəsidir.

Nizami bütün həyatı boyu dünyada hökm sürən haqsızlıqdan, ədalətsizlikdən  narahat olub,  daim azad, demokratik, xoşbəxt cəmiyyət arzusu ilə yaşayıb. Ona görə də yaradıcılığında bu mövzulardan geniş söhbət açıb. Şairə görə, zülm, zor dünyada heç vaxt qalib ola bilməz. Ona görə ki:

Yer üzünün fatehi ədalətdir, ədalət…

Şair böyük uzaqgörənlik və cəsarətlə kamil, ideal cəmiyyətlə bağlı fikirləri tərənnüm edib. Onun qənaətinə görə, kamil cəmiyyətdə zorakılıq, müharibə, günah, xəyanət, kin-küdurət, yaltaqlıq  yolverilməzdir. Təsadüfi deyildir ki, şairin ölməz ideyaları müstəqillik qazanmış ölkəmizdə həyata keçirilən demokratik cəmiyyət quruculuğunda öz geniş əks-sədasını tapır. Nizami Gəncəvinin dünya malına hərislikdən, dağıtmaq və qamarlamaq psixologiyasından uzaq olmaq, haqsızlığa, rəzilliklərə boyun əyməmək, xeyirxahlıqla, halal, zəhmətlə yaşamaq barədə verdiyi dəyərli məsləhətlər bugünümüz üçün çox önəmlidir:

İnsan yem dalınca qaçmasın gərək,

Quşdan ayıq olsun, zirəkdən zirək.

Nizami Gəncəvi “İsgəndərnamə” əsərində insanın üstünlüyünün yalnız elm və bilikdən ibarət olduğunu dilə gətirir:

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

Nizamiyə görə təmiz ad, doğru yol insanın ən ali məqsədi olmalıdır. Yalnız bununla ucalmaq, həyatda  layiqli mövqe qazanmaq olar. Ləkəli yaşamaq isə hər kəsi fəlakətlərə sürükləyər:

Mərdə təmiz adı candan əfzəldir,

Ləkəli qalmaqdan ölüm gözəldir.

Nizami Gəncəvinin hikmət çeşməsi o qədər zəngin axarlıdır ki, bitib, tükənmək bilmir. Şair dühası yolumuza daim işıq tutur, nur saçır. Məktəblərdə, ictimai yerlərdə, küçə və meydanlarda, elm-sənət ocaqlarında, əmək cəbhəsində həmsöhbətimiz olan ölməz, müdrik sənətkar kəlamları daim bizə yol göstərir, istiqamət verir. Bu müdrik kəlamlara söykənərək, günümüzün neçə-neçə problemini, çətinliklərini çözmək, həll etmək mümkündür. Şairin verdiyi həyat resepti tələbədən, elm adamından, ziyalıdan, sahibkardan tutmuş nazirə qədər hər kəs üçün dəyərlidir. Onun müdriklikdə dediyi sözlər  hər bir vətən övladının qəlbində vətənpərvərlik, xeyirxahlıq, düzlük, sədaqət, xalq qarşısında yüksək borc hissləri doğurur. Nizami kəlamlarını oxuyan, dinləyən hər kəsdə yəqinlik yaranır ki, yurdu sevmək, onu düşməndən qorumaq, vətən və xalq qarşısında ən ali borc sayılır. Bunun üçün də gərək hünər göstərməyi, qəhrəman ömrünü yaşamağı bacarasan. Azərbaycan gəncləri  artıq öz əməlləri ilə bunu sübuta yetiriblər. Ölkəmizin igid oğulları 44 günlük Vətən müharibəsi zamanı müqəddəs torpaqlarımızı mənfur erməni işğalından xilas etməklə ulu babamız Nizaminin müdrik nəsihətlərini ləyaqətlə yerinə yetiriblər.

Yəhya PAŞAZADƏ

“525-ci qəzet” dən

Xəbər lenti

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Şərhlər