1.4 C
Aghjabadi
Bazar ertəsi, Dekabr 6, 2021

Milli Qurtuluş Gününü qalib ölkənin qalib vətəndaşları kimi qeyd edirik

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan “Qurtuluş mübarizəsinin qalibi Heydər Əliyev: dahi siyasətçi və müasir Azərbaycanın qurucusu” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda Milli Məclisin deputatları Jalə Əliyeva və Tamam Cəfərova, İsmayıllı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Rəhim Bağırlı, ADPU-nin Şamaxı filialının direktor müavinləri Şahsəddin Mikayılov və Qahirə Şahbazova, YAP Zərdab rayon təşkilatının aparat rəhbəri Səbuhi Kərimov, Zərdab rayon Həsən bəy Zərdabi Muzeyinin direktoru Vəfa Bayramova, Zaqatala, Ağcabədi, Sabirabad, Lerik, Xaçmaz, Xızı, Şirvan, Ağstafa, Qəbələ, Neftçala, Ucar, Hacıqabul, Zərdab, Şamaxı rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin direktor və əməkdaşları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransı açan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova iştirakçıları 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib, bu günü xalqın tarixinə yazan ümummilli liderin dövlət müstəqilliyimizin qorunub saxlanmasında misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, 28 il bundan öncə xalqın tələbi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini yox olmaq təhlükəsindən qurtarıb. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin inkişaf strategiyasını elan edib. İkinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev həmin gün Ali Sovetin sədri seçilib. O, milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaradıb. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olunub. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma aradan qaldırılıb, ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Dahi lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil, güclü dövlətə çevrildiyini söyləyən K.Rəhimova Prezident İlham Əliyevin Ulu Öndərin siyasətinin uğurlu davamçısı olduğunu vurğulayıb.

Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixinin dönüş nöqtəsi olduğunu deyib. Bildirib ki, Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan ümummilli liderimiz Heydər Əliyevin qayıdışından ayrı təsəvvür etmək mümkün deyil. Şübhəsiz ki, ulu öndər Heydər Əliyevin qayıdışı olmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq. 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqımız nicat yolunu Ulu Öndərin hakimiyyətə qayıtmasında görürdü. İndi Milli Qurtuluş Günü xalqımız tərəfindən müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilir, dəyərləndirilir.

Videokonfransda çıxış edən Milli Məclisin deputatı Tamam Cəfərova 90-cı illərin əvvəllərinə tarixi ekskursiya edərək Azərbaycanda Ulu Öndərin hakimiyyətə gətirilməsini zəruri edən hadisələrdən danışıb. Qeyd edib ki, müstəqilliyini yenicə bərpa edən Azərbaycanda baş verən vətəndaş müharibəsi, ağır sosial-iqtisadi vəziyyət ölkədə gərgin durumun yaranmasına gətirib çıxarmışdı. Belə bir vəziyyətdə xalq problemlərdən çıxış yolunu Heydər Əliyevdə gördü. Baxmayaraq ki, Azərbaycanda müəyyən qüvvələr Heydər Əliyevin hakimiyyətə gəlməsini istəmirdi, xalqın təkidli tələbi həmin qüvvələri bununla razılaşmağa vadar etdi. Azərbaycan xalqı dərin ictimai-siyasi və iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində xilas oldu.

Milli Məclisin deputatı, professor Jalə Əliyeva çıxışında bildirib ki, Azərbaycan xalqının çağırışı ilə məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ölkəmizə sabitlik və təhlükəsizlik, eləcə də cəmiyyətimizə rifah gətirib. J.Əliyeva daha sonra Heydər Əliyevin xarici ölkələrə səfərləri zamanı təbliğ etdiyi Azərbaycançılıq ideologiyasından, göstərdiyi Vətən sevgisindən danışıb. O, çıxışının sonunda 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə təbriklərini çatdırıb və hər bir Azərbaycan vətəndaşını ölkəmizin inkişafı və uğurlu sabahı üçün daim əzmlə çalışmağa çağırıb.

Videokonfransda İsmayıllı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Rəhim Bağırlı çıxış edərək, müstəqil Azərbaycanın qurucusu olan ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən, ölkəmizdə elmin və mədəniyyətin inkişafına və mədəniyyət xadimlərinin sosial rifahına göstərdiyi diqqət və qayğıdan danışıb.

ADPU-nun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Şahsəddin Mikayılov builki 15 İyun – Milli Qurtuluş Gününü qalib ölkənin qalib vətəndaşları olaraq qeyd etdiyimizi söyləyib. O, əminliklə bildirib ki, növbəti illərdə də bu bayram ölkəmizin daha böyük uğurları ilə qeyd olunacaq.

Xəbər lenti

BƏNÖVŞƏYİ EŞQİM (İkinci hissə)

Artıq digər saytlarda da şeirlərim oxuculara təqdim olunurdu.Hər dəfə çəkinə-çəkinə göndərdiyim şeirlər işıq üzü  gördükcə bir az ürəklənirdim. Çünki,oxucuların fikirləri də əvvəlkilərdən fərqlənirdi....

“Əbədiyaşar” adlı müsabiqə

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 12 Dekabr – ulu öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar ümumtəhsil məktəblərdə fəaliyyət göstərən “Gənc Heydərçilər”...

Atletika üzrə rayon turniri keçirilib

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində “1 Dekabr–QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü”nə...

Müasir Azərbaycanın memarı və qurucusu

Dekabrın 3-də Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi, Ağdam Rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə,...

Vaksinasiya tədbirləri

Rayonumuzda koronavirusa qarşı mübarizə vasitəsi olan vaksinasiya kompaniyası müntəzəm olaraq davam etdirilir. Pandemiya əleyhinə görülmüş tədbirlər nəticəsində rayon sakinlərinin böyük əksəriyyəti peyvənd...

Rayonda pambıq yığımı davam edir

            Qəzetimizin əvvəlki saylarında da məlumat verdiyimiz kimi Ağcabədidə cari ildə yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki  qaydalara ardıcıl...

Ağcabədi və ətraf rayonlarda aqrar sahədə məlumatlandırma sessiyaları keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi və əkin subsidiyaların alınması üçün müraciətlərin formalaşdırılması məqsədi...

Təlim kursu keçirilib

Qarabağ gənclərinin karyera və məşğulluğu üzrə növbəti təlim kursu Ağcabədidə keçirildi. “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT)...

Ağcabədidə sağlamlıq imkanları məhdud uşaqlar üçün əyləncəli tədbir təşkil olunub

3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar Ağcabədi rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün musiqili-əyləncəli tədbir keçirilib.“Gələcəyə Qayğı” Regionların sosial-iqtisadi inkişafına...

“Əlilliyi olan şəxslərə qayğı və imkanların genişləndirilməsi” Forumu uğurla yekunlaşıb.

   BMT Baş Məclisi tərəfindən qəbul edilən 3 dekabr"Əlilliyi olan insanların Beynəlxalq günü"nün məqsədi əlilliyi olan bütün insanların hüquqlarını qorumaq,cəmiyyəti onların problemlərinin həllinə cəlb etməkdir.

Şərhlər