“Məktəbdən cəbhəyə” rublikası -Onun şagirdlərə deyiləcək çox sözü var

         “Aran” qəzeti şanlı tariximizin yazılmasında payı olan müəllimlərimizlə bağlı rubrikanı davam etdirir. Bu dəfə həmyerlimiz Seyhun müəllim haqqında danışmaq istərdik.

Seyhun Qasım oğlu Qasımov 17 sentyabr 1972-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. 1987-ci ildə Bakıda 1saylı Fizika- Riyaziyyat Təmayüllü liseydə təhsil alıb. Liseyi bitirdikdən sonra o, 1989- cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olub, 1994-cü ildə ali təhsilini başa vurub.

1998-2000-ci illərdə həqiqi hərbi xidmətini zabit kimi başa vuran qəhrəmanımız 2002-ci ildən Hindarx qəsəbə 1 saylı tam orta məktəbində işləyir.

Vətən müharibəsi başlayandan sonra Seyhun müəllim 29 sentyabr 2020-ci il tarixdən Milli ordu sıralarında döyüşüb. Müdafiə Nazirliyinin əmri ilə “N” saylı Hərbi hissədə tağım komandiri olan gənc zabit Qubadlı istiqamətində gedən döyüşlərdə mərdliklə iştirak edib.

S. Qasımov 29 dekabr 2020-ci il tarixdən mülki həyata qayıdıb. Hazırda Hindarx qəsəbə 1 saylı tam orta məktəbində fəaliyyətini davam etdirir. Əlbəttə, döyüşçü müəllim kimi onun şagirdlərinə deyiləcək daha çox sözü var. Axı zəfərimizin qazanılmasında onun da öz xidməti olub.

Şərhlər