Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi Rayon MKS-nin Qaradolaq kənd kitabxana filialının əməkdaşları 8 iyun 2021-ci il tarixdə I Qarabağ müharibəsi şəhidi Hamlet Mamed oğlu Məmmədovun anım günündə iştirak ediblər. Mərasimdə I Qarabağ və Vətən müharibəsində qəhrəmanlıqla şəhadətə ucalan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Qaradolaq kəndində şəhidin adını daşıyan məktəbdə onun abidəsi önünə tər gül dəstələri düzülüb. H. Məmmədovun həyatı və keçdiyi döyüş yolu haqqında söhbətlər edilib.
Rəmziyyə HƏSƏNOVA