Taynaq kəndində şəhidlər bulağının açılışı oldu

         2021-ci il 6 iyun tarixində Ağcabədi rayonunun Taynaq kəndində 3 şəhidimizin – Rabil Quliyev, Eldəniz Əhmədov və  Fərid İsgəndərovun xatirəsinə həsr olunmuş şəhidlər bulağının açılışı oldu. Xatirə bulağının açılışında Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Ağcabədi rayon bölməsinin rəis müavini, müəllimlər, ziyalılar, şəhid ailələri, kənd sakinləri və şagirdlər iştirak etdilər. Açılış zamanı çıxış edən Taynaq kənd sakinləri Kərim Kərimov, Hacı Məhərrəm, Seyid Sultanov, Dilafət İsgəndərov, Nurxan Məmmədov, Elşad Əliyev şəhidlərlə bağlı öz xatirələrini bölüşdülər.

Tədbir iştirakçıları xatirə bulaq kompleksinin inşasında əməyi olan şəxslərə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

Hüseyn QULUZADƏ

Şərhlər