Milli Qurtuluş Günü xalqımız tərəfindən müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd olunur

15 İyun – Milli Qurtuluş Günü xalqımız tərəfindən müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilir. Ölkəmizin bugünkü firavanlığı və gələcəklə bağlı aydın görünən perspektivləri Heydər Əliyevin tarixi qayıdışı ilə əlaqəlidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Günü münasibətilə keçirilən “Heydər Əliyev və biz – bu gün” adlı tədbirdə səsləndirilib. Heydər Əliyev Mərkəzi və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələr əvvəlcə Ulu Öndərin zəngin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olublar.

Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva çıxış edərək, Milli Qurtuluş Gününü müasir Azərbaycan tarixinin dönüş nöqtəsi adlandırıb. Bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi. Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqımız nicat yolunu Ulu Öndərin hakimiyyətə qayıtmasında gördü. Dahi rəhbər Heydər Əliyev hakimiyyətə gələrək, Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı.

Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramlı həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, həyata keçirilən dövlət siyasəti məhz ölkəmizin daha da güclənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər