Şəhidlərin doğum günü qeyd olunub

Rayonun Xocavənd kəndində şəhid Sahil Hüseynovun, Arazbar kəndində isə
şəhid Elsevər Piriyevin doğum günü qeyd olunub. Doğum günü eyni tarixə təsadüf
edən bu iki qəhrəman şəhid elə eyni amal, məslək, məqsəd uğrunda vuruşublar. 44
günlük Vətən müharibəsinin Azərbaycan xalqı üçün zəfərlə başa çatmasında igid,
vətənpərvər, torpaqsevər Elsevərlə Sahilin əməyi az olmamışdır. Onlar düşmənin
xeyli canlı qüvvəsini məhv edərək, ordumuzun qələbə qazanmasında böyük əmək
sərf ediblər. Vətən yolunda canlarını belə əsirgəməyən bu igid oğullar şəhidlik
zirvəsini fəth ediblər.
Şəhidlərin doğum günündə Ağcabədi Rayon İcra Hakimiyyətinin Vətən
müharibəsi iştirakçıları və və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət
Orucov, kənd sakinləri, şəhidlərin yaxınları,  müəllimlər, yerli icra və bələdiyyə, media
nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları şəhidlərin xatirələrini bir dəqiqəlik sükutla yad etmiş,
keçdikləri qısa və şərəfli döyüş yolundan danışmışlar. Sonra Vətən, torpaq uğrunda
canlarını fəda edən şəhidlərin məzarları ziyarət olunmuş, üzərinə tər gül  dəstələri
düzülmüşdür
  

Fotolar Mais İbrahimovundur

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər