15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günüdür


Ulu Öndər Heydər Əliyevin 9 iyun 1993-cü il tarixində xalqın tələbi ilə
Naxçıvandan Bakıya gəldi. 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali
Sovetinin sədri seçildi. 1997ci ildə isə Azərbaycan Respublikasının Milli Məclisi bu
missiyanın Milli Qurtuluş missiyası olmasını təsbit etdi.
Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: Xalqın Heydər
Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi, Heydər Əliyev şəxsiyyətinin
böyüklüyü, qüdrəti, əzəməti və Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına,
Vətəninə sonsuz və təmənnasız sevgisi.
AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti əldə saxlamağı düşünərək ölkəmizdə
bəla, faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. AXC-
Müsavat birliyi bütün ölkələrlə münasibətləri korlamış, bəzi ölkələrə qarşı iddialar irəli
sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi.
Ölkə əhalisini hakimiyyətdən narazı salan, idarəetməni çətinləşdirən qərarlar
xalqla hakimiyyət arasında böhranı dərinləşdirdi. Həmin dövrdəki Azərbaycan
hakimiyyəti bugünki Ermənistan hakimiyyəti ilə çox oxşardır. 1990-cı illərin
əvvəllərindəki gənc müstəqil Azərbaycanla Ermənistan arasında olan oxşarlıqlar –
ümidsizlik, səmimiyyətdə hökm sürən total apatiya, heç bir siyasi qüvvəyə, o
cümlədən iqtidara inamın olmaması özünü çox qabarıq göstərirdi.
AXC-Müsavat hakimiyyətinin ifrat səriştəsizliyi, ölkənin təcrid olunmuş
vəziyyətə düşməsi, daxildə vətəndaş müharibəsi təhlükəsi Yeni Azərbaycan
Partiyasının yaranmasını tarixi zərurətə çevirmişdi. Yeni Azərbaycan Partiyasının
yaranmasına əngəl olmaq istəyənlər əslində Azərbaycan dövlətçiliyinə qarşı
çıxırdılar. Bütün bunlara baxmayaraq, 1993-cü ilin oktyabr ayında Heydər Əliyev
xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin
böhrandan çıxma prosesi artıq başladı. Heydər Əliyevin xilaskarlıq missiyası
Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 1993-
2003-cü illər Azərbaycan xalqı və dövləti üçün böyük əhəmiyyətli illər olmuş,
müstəqil dövlətçiliyimizin əsasları qoyulmuşdur.
Azərbaycanın bugünkü uğurları ümummilli lider Heydər Əliyevin müdrik
siyasətinin uğurla və ləyaqətlə davam etdirilməsinin nəticəsidir. Bugünki qələbələrin
əsası 15 iyun 1993-cü ildə qoyulmuş, bununla Azərbaycan öz tarixinin yeni dövrünə
qədəm qoymuşdur. Azərbaycan tarixinin heç bir mərhələsində bugünki, qədər
müstəqil və qüdrətli olmamışdır.
Azərbaycanın müstəqilliyi durduqca, Heydər Əliyevin də adı yaşayacaqdır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər