15 iyun 2021-ci il tarixdə şəhərimizin Hüsü Hacıyev küçəsi ilə Kamil Nəsibov
küçəsinin kəsişdiyi yerdə Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan
Mirəli Arif oğlu Hüseynovun xatirəsini əbədiləşdirmək üçün inşa olunan bulağın
açılışı olmuşdur. Məraismdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi
iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, aparatın
məsul işçiləri, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, ziyalılar, media
mənsubları iştirak etmişlər. Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad
olunmuş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Sonra şəhidimizin yaxınları, müəllimlər çıxış edərək, Mirəlinin keçdiyi şərəfli ömür
yolu haqda xatirələrini bölüşüblər.