5.7 C
Aghjabadi

Kompleks becərmənin üçüncü mərhələsinə start verilib

“P-Aqro” MMC-nin Ağcabədi filialı 2021-ci ilin pambıq mövsümündə 531 nəfər istehsalçı ilə müqavilə bağlayıb. İstehsalçılar tərəfindən həmin müqavilələr əsasında 1920 hektar əkin sahəsində pambıq yetişdirilir. Adıçəkilən pambıq emalı müəssisənin direktoru Süleyman Süleymanovun dediklərinə görə, bütün fermer təsərrüfatlarında yaxşı bitiş alınmasına nail olunub.

Əkin sahələrində kompleks becərmənin artıq üçüncü mərhələsinə start verilib.

Görülmüş tədbirlər nəticəsində 700 hektardan çox əkin sahəsində kultivasiya aparılıb, karbomit və azot gübrələri ilə yemləmə, suvarma, alaq otlarına, xəstəliklərə və ziyanvericilərə qarşı operativ mübarizə tədbirləri həyata keçirilib.

Direktorun dediyi kimi, kultivasiya işlərinin təşkilində, yemləmə tədbirlərində sözügedən emal müəssisəsinə məxsus 19 ədəd saz vəziyyətdə olan traktorun imkanlarından istifadə olunur. Tarlalarda vaxtında və səmərəli kultivasiya aparılması üçün hər hektar sahəyə 1 becərmə traktoru ayrılıb. Ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə işlərinə 6 ədəd qollu çiləyici cəlb edilib. Bu məqsədlə təsərrüfatların lazımı texniki, gübrə və dərman preparatları ilə müntəzəm təmin olunması diqqət mərkəzində saxlanılır.

Kultivasiya tədbirlərinin nümunəvi təşkilində traktorçulardan Salman Həsənov, Abbas Zeynalov, Nahid Rüstəmov, Elxan Rəhimov xüsusilə fərqləniblər.

S. Süleymanov qeyd edib ki, kompleks becərmə tədbirləri hər bir təsərrüfatda lazimi səviyyədə təşkil olunur. Lakin Pərioğullar kənd sakini II dərəcəli Əmək ordenli Raquf Qasımov, Qaradolaq kənd sakini Etibar Şirinov, Mehrablı kənd sakini Zülfüqar Əliyev, Hacıbədəlli kənd sakini Hətəm Nağıyevin başçılıq etdiyi fermer təsərrüfatlarında becərmə tədbirləri daha nümunəvi həyata keçirilir.

Fermer təsərrüfatlarına məxsus əkin sahələrində becərmə işlərinin aparılmasında emal müəssisəsinin baş aqronomu Bakir Bayramov və baş mexanik Oruc Həsənovun xidmətləri mühüm əhəmiyyət kəsb edir. Onlar əkin sahələrinin texnika ilə təmin edilməsində, suvarma, yemləmə, alaq otlarına, xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirlərində fermerlərə lazimi köməkliklər göstərir, müvafiq tövsiyə və məsləhətlər verirlər. Əkin sahələrində yüksək məhsul yetişdirildiyini qeyd edən S.Süleymanov sahələrdə kompleks becərmə tədbirlərinin uğurla davam etdirildiyini vurğulayır. Onun dediyi kimi, fermer təsərrüfatlarına emal müəssisəsi tərəfindən bundan sonra da hər cür dəstək göstəriləcək.

Müəssisə rəhbəri onu da əlavə edib ki, gələcəkdə pambıq tədarükü ilə əlaqədar “P-Aqro” MMC-nin Ağcabədi filialında indidən lazımı hazırlıq işlərinə başlanılıb.

Yəhya PAŞAZADƏ

Xəbər lenti

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları...

“12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım günü”ilə əlaqədar məktəblərdə mühazirələr davam etdirilir

Bu gün Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən M.Aranlı adına 11 saylı tam orta məktəbin Gənc Heydərçilərinə Ulu Öndər Heydər...

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “12 Dekabr-Anım Günü” ilə əlaqədar “Heydər Əliyev və Gənclər siyasəti” adlı tədbir keçirildi

Tədbir 07 dekabr 2022-ci il tarixində Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta...

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

Şərhlər