9 iyun 2021-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şərəfxanlı kəndində, Hindarx qəsəbə, Boyat, Qaraxanlı, Şərəfxanlı və Hacılar kəndlərindən olan şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda çıxış edənlər şəxsi, eləcə də yaşadıqları kəndlərin problemləri ilə bağlı müraciət etdilər. Müraciətlərdə qaldırılan məsələlərdə əsas mövzu kəndlərin qazlaşdırılması, elektrik dirəklərinin qəzalı vəziyyətdə olması, içməli su, pay torpaqlarına xidmət edən subartezian quyularının su nasosunun təmiri, bərpası, yenidən qurulması və s. olmuşdur. Rayon icra hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələyə ayrı-ayrılıqda münasibət bildirdi və onların həlli istiqamətində aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verdi.
Hüseyn QULUZADƏ