20.2 C
Aghjabadi

“İcma əsaslı məktəbəqədər təhsilin inkişaf” layihəsi çərçivəsində müəllimlər üçün təlimlər təşkil olunub

Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində müəllimlər üçün təlimlər keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Quba, Xaçmaz, Goranboy, Ağcabədi, Salyan, Biləsuvar, Masallı, Cəlilabad, Şəmkir və Sabirabadda yerləşən 50 icmanın müəllimləri üçün təlimlər təşkil olunub. İnteraktiv təlim metodlarına – qruplarla iş, müxtəlif simulyasiyalar, rol oyunları və müzakirə formatlarına uyğun olaraq bir sıra mövzularda təlimlər keçirilib. Təlim mövzuları məktəbəqədər yaşlı uşaqlarla praktik oyunlar, ibtidai sinif müəllimləri ilə əməkdaşlıq və məktəbdə ibtidai təhsilin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlərin təşkili, icma əsaslı məktəbəqədər təhsil qruplarında müsbət sosial mühitin yaradılması və uşaqlarda sosiallaşmanın artımı yolları, icma valideynlərini qruplardakı tədris prosesinə düzgün cəlbetmə yolları və uyğun fəaliyyətlər, məktəbəqədər təhsildə teatr – qruplarda teatrın təşkili və teatr vasitəsilə uşaqların tərbiyələndirilməsi, əl kuklalarının hazırlanması və tədrisdə istifadə yolları olub.

Xatırladaq ki, “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi 2020-2021-ci tədris ilindən etibarən respublikanın 50 şəhər və rayonunda 500 icma əsaslı məktəbəqədər təhsil qruplarını əhatə edir. Layihə hər bir icma əsaslı məktəbəqədər təhsil qrupunda orta hesabla 20 uşaq olmaqla 10000-ə yaxın 3-4 yaşlı uşağın iştirakı ilə həyata keçirilir.

Xəbər lenti

Şəhid Hafiz Həziyevin anım mərasimi keçirildi

Il Qarabağ müharibəsində işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi əməliyyatlarında iştirak edən qəhrəmanlarımızdan biri də Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan...

Cəbrayıldan başlayan “Böyük Qayıdış”

         Azərbaycan 44 günlük Vətən müharibəsini qələbə ilə yekunlaşdırdıqdan sonra dünyaya azad etdiyi torpaqlara necə sahibləndiyini, onu necə göz...

Avşar kəndində səyyar qəbul

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci il üçün sayca  30-cu səyyar qəbulu Avşar kəndində  keçirilib. Səyyar qəbulda rayon icra hakimiyyəti başçısı  aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və...

Şagirdlərə “18 Oktyabr Müstəqiliyin Bərpası Günü” adlı məruzə oxunub

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən yeni tədris ilində şəhər ümumtəhsil məktəblərində məruzələrin davam etdirilir Oktyabr ayında keçirilən məruzələr Vətən muharisəsinin...

Bronxoektaziya xəstəliyində niyə müalicəvi idman terapiyası mütləqdir?

Bronxoektaziya – bronxların patoloji genişlənməsi ilə xarakterizə olunan iltihabı xəstəlikdir. Bronxoektaziya əksər hallarda ağciyərin bir çox xəstəliklərinin (vərəm, xroniki abses və bir...

4 Oktyabr Yaddaşlarda qalan tarixi gün

Azərbaycan Ordusu 44 gün ərzində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər yürüşünü uğurla, şərəflə və qətiyyətlə davam etdirdi, daim irəli getdi,...

Ağcabədidə 5 Oktyabr – Müəllimlər Günü qeyd olundu

Ağcabədi rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları öncə ulu  öndər Heydər Əliyevin abidəsini ziyarət edib...

Müəllimlər təltif olundu

5 oktyabr Müəllimlər Günü ilə bağlı növbəti tədbir  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində keçirilib. Çağırışa qədər...

Böyük Qayıdış Cəbrayıldan başlamışdır

           Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın Azərbaycan torpaqlarının 20 faizi, Qarabağ ərazisi və ətraf...

Ağcabədidə “Zəfərin ilk müjdəçisi – Cəbrayıl“ adlı dəyirmi masa keçirilib

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Zəfərin ilk müjdəçisi - Cəbrayıl“ adlı dəyirmi masa keçirilib. Ağcabədi şəhər 3 nömrəli...

Şərhlər