15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş Kikboksinq idman növü üzrə rayon turniri keçirilmişdir

14 iyun 2021-ci il tarixdə Ağcabədi şəhər 1 saylı tam orta məktəbinin idman zalında Ağcabədi Rayon Gənclər və İdman İdarəsi ilə “Birlik” idman klubunun birgə təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş Kikboksinq idman növü üzrə rayon turniri keçirilmişdir.

Rayon turnirində 42 idmançı müxtəlif çəki dərəcələrində güclərini sınamışlar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekununda ayrı-ayrı çəki dərəcələrində I, II, III yerləri tutmuş idmançılara rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim olunmuşdur.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər