“Əminik ki, Sizinlə Azərbaycanı daha gözəl, bəxtiyar günlər gözləyir.”
Cənab Prezident,
Siz və ailə üzvləriniz başda olmaqla Azərbaycan xalqına sağlam ömür, daim mənalı həyat arzulayıram.
Mən ailəliyəm, 2 qız övladım var. Şükür Allaha, əmin-amanlığın hökm sürdüyü ölkəmdə sərbəst yaşayıram, işləyirəm, ailəmi ürəyim istəyən kimi saxlayıram.
1990-cı illəri görən insanlardan biriyəm. Azərbaycan xalqı hamımızın babası, rəhmətlik Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra xoş gün görüb. Ulu öndərimiz o çətin dövrdə, ordunun pərən-pərən olduğu bir vaxtda atəşkəsə nail oldu, müharibəni dayandırdı. Siz isə bu illər ərzində məqsədyönlü işlər görərək, güc-qüvvə toplayaraq, ordumuzu möhkəmləndirərək torpaqlarımızı işğaldan azad etdiniz.
Mənim, ailəmin və ümumilikdə xalqımızın daim firavan yaşaması üçün Allahdan tək istəyim odur ki, Sizi bu ölkənin başı üzərindən əskik etməsin. Xalqa göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Mehriban xanıma ailəmiz adından minnətdarlığımızı bildirirəm.
Hörmətlə,
Abbasov Zamiq Xaqani oğlu
Hindarx qəsəbəsi
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Bütün Azərbaycan xalqı, o cümlədən Ağcabədi rayonunun Qaradolaq kəndinin sakinləri Sizinlə qürur duyur.
Sizin kimi adil, qətiyyətli Prezidentimiz olduğu üçün hər gün Allaha şükür edirik. Əminik ki, Sizinlə Azərbaycanı daha gözəl, bəxtiyar günlər gözləyir.
Sizə rəğbətim, sevgim sonsuzdur. 100 yaşayın, mənim əziz Prezidentim!
Hörmətlə,
Məmmədov Mehman Oqtay oğlu
Qaradolaq kəndi