Rayonda barama təhvili davam edir

         Rayon kümçülərinin çəkdikləri əziyyət öz layiqli səmərəsini verib. Cari təsərrüfat ilində 1200 qutu ipəkqurdu götürüb bəsləyən baramaçılar bol məhsul yetişdiriblər. İndiyə qədər qəbul məntəqəsinə 44 min 890,80 kiloqram yüksək keyfiyyətli barama təhvil verilib. Hazırda barama təhvili davam etdirilir.

Barama tədarükündə Ağcabədi şəhər, Boyad, Kəbirli, Şənlik, Qaradolaq, Hüsülü və sair kəndlərin sakinləri xüsusi fəallıq göstərirlər.

Yəhya PAŞAZADƏ

Şərhlər