14.4 C
Aghjabadi
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Ermənistanın hərbi-siyasi rəhbərliyi hüquq və qanun qarşısında cavab verməlidir – Ombudsman – MÜSAHİBƏ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Trend-ə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Məlum olduğu kimi, 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan dövlət rəhbərləri tərəfindən üçtərəfli bəyanat imzalanmış və bu bəyanata əsasən 44 günlük hərbi əməliyyatlar sona çatmışdır. Lakin, azad edilmiş ərazilərdə basdırılmış minalara dair müvafiq xəritələrin təqdim edilməsi ilə bağlı problemlər hələ də öz qalır. Ölkə Ombudsmanı olaraq, bu problem sizin də daim qaldırdığınız məsələlər arasındadır. Elə beynəlxalq təşkilatlara Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən işğal dövründə və daha sonra basdırılan minaların səbəb olduğu insan təlafatı ilə bağlı ünvanladığınız hesabat haqqında məlumat verməyinizi xahiş edirik.

– Qeyd etdiyiniz kimi, 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan dövlət rəhbərləri tərəfindən üçtərəfli bəyanat imzalanmışdır. Bəyanatın müddəalarına görə Kəlbəcər, Ağdam və Laçın rayonları Ermənistan silahlı qüvvələri tərəfindən boşaldılmışdır. Lakin azad edilmiş ərazilərdə bu bəyanatın ruhuna, beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd olaraq minalar basdırılmış əvə minaların xəritələrin təqdim edilməsi ilə bağlı məsələlər hələ tam öz həllini tapmamışdır.

Təəssüf hissi ilə bildirmək lazımdır ki, müharibə bitdiyi andan bu günə kimi 140 nəfərdən çox soydaşımız piyada və tank əleyhinə minaların qurbanına çevrilmişdir. Bu şəxslərin əksəriyyəti məhz tarixi ata-baba yurdlarını, evlərini, yaxınlarının məzarlarını ziyarət etmək niyyəti ilə işğaldan azad edilmiş ərazilərə səfər etmiş mülki şəxslər olmuşdur.

Bundan başqa, aktiv döyüşlərin baş veridyi ərazilərdə cəsədlərin axtarışlarının həyata keçirilməsi kimi humanitar missiya həyata keçirən hərbçilərimiz də mina partlayışlarının qurbanı olmuşdur.

İyun ayının 4-də Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda ikisi jurnalist olmaqla üç nəfər mülki şəxsin həlak olması və bir neçə mülki şəxsin yaralanması ilə nəticələnən mina partlayışından dərhal sonra Ermənistan silahlı qüvvələrinin polkovniki Qumaşyan mətbuata verdiyi müsahibədə şəxsən və onun əsgərlərinin iştirakı ilə Laçın və Kəlbəcər rayonları ərazilərinə 17 yük maşını minanın basdırıldığını etiraf edib. Onun bu etirafları bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən törədilmiş müharibə cinayətlərini sübut edir.

Sosial mediada yayılan bu etiraf Azərbaycan cəmiyyətində həddindən artıq narahatlıq yaradıb. Bu törədilən cinayətin birbaşa etirafı olmaqla beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır və günahkarlar dərhal ədalət mühakiməsinə cəlb olunmalıdır.

Bildiyiniz kimi, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edilmişdir. Elə həmin zaman Azərbaycan 15 nəfər erməni əsilli silahlı qruplaşma üzvünü Ermənistana təhvil verməklə növbəti dəfə humanist addım atmışdır.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən işğal dövründə və daha sonra basdırılan minaların səbəb olduğu insan təlafatı ilə bağlı beynəlxalq təşkilatlara ünvanladığınız hesabatda qeyd etdiyim bu kimi məsələlər yer alıb. Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin nəticələri ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin və diversant qruplarının həm Ermənistan-Azərbaycan hərbi münaqişəsi zamanı, həm də münaqişədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə basdırdığı tank və piyada əleyhinə minaların partlaması nəticəsində baş verən çox sayda insan tələfatı və insan hüquqları pozuntuları faktlarla əsaslandırılıb.

Qeyd etməliyəm ki, hesabat həm də Ermənistanın beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirilməməsi, beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozmasının hüquqi əsaslandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

– “Rossiya Seqodnya” BİA və RT telekanalının baş redaktoru Marqarita Simonyanın 8 yaşlı qızı və 7 yaşlı oğlu türkləri öldürməyə çağırış edən erməni millətçi mahnısını ifa etmələri ilə bağlı yalımış məlumatlar barədə də fikirlərinizi bizimlə bölüşərdiniz.

– Qeyd etmək istərdim ki, yayılmış bu video Ermənistan cəmiyyətində uşaqlara təlqin olunan irqi ayrı-seçkilik, nifrət və azərbaycanlılara qarşı düşmənçilik tərbiyə metodunu əks etdirən ilk fakt deyildir.

Dəfələrlə sosial şəbəkələrdə və KİV-də azyaşlı uşaqların dilindən azərbaycanlılara qarşı nifrət nitqindən istifadəsi o cümlədən İkinci Qarabağ müharibəsi dövründə azyaşlı erməni əsilli uşaqların müharibəyə cəlb olunaraq oların əməyindən istifadə edilməsinə rastlamışıq. Belə tərbiyə metodları yalnız gərginliyin, qarşıdurma, qisasçılıq ab-havasının güclənməsinə zəmin yaradır.

Necə ki, biz bunun nəticələrini Birinci Qarabağ müharibəsi və sonrasında tərbiyə olunan uşaqların psixologiyasında görürük.

Təəssüf ki, anti-Azərbaycan kampaniyasının erməni əsilli milliyətçilər tərəfindən yayılmasının özünəməxsus xüsusiyyətlərindən biri də Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən göstərilən dövlət himayəsidir. Ölkə prezidentləri də daxil olmaqla yüksək səviyyəli məmurlar, xalq qarşısında çıxışları zamanı nifrət nitqindən və dözümsüz anti-Azərbaycan dəyərləndirilmələrindən çəkinmirlər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bu günlərdə beynəlxalq təşkilatlara və ictimaiyyətə təqdim etdiyim Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatda da bunları faklarla əsaslandırmışıq.

Rusiyanın qabaqcıl telekanalının baş redaktorunun azyaşlı övladlarına bu cür tərbiyə üslubu seçməsi, terrorçu-daşnak Arakel Mxtaryanın nümünəvi şəxs kimi təqdim olunması bizi olduqca narahat edir, region və dünya üçün çox ciddi təhdiddir.

Bu yanaşma Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü dövründə uşaqlar, qadınlar, ahıllar və əhalinin digər qurupları da daxil olmaqla çoxsaylı insan təlafatlarının, soyqırım cinayətlərinin məqsədli şəkikldə törədildiyini bir daha sübut edir.

Təəssüflə bildirməliyəm ki, 2020-ci ilin 27 sentyabrından başlayan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Naftalan, Ağcabədi, Gəncə və Bərdə şəhər və rayonlarında yerləşən mülki yaşayış məntəqələrini hədəf alması və ağır artilleriyadan atəşə tutması nəticəsində dinc əhali, o cümlədən uşaqlar ballistik raket və artilleriyanın qurbanına çevrilmiş, 10-dan çox uşaq həlak olmuş, 50 uşaq yaralanmış, 4 uşaq isə hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirmişdir.

Biz təkcə regionda deyil, btütün dünyada uşaqların müharibə və nifrətdən kənarda qalmasını, sevgi və mərhəmət hissi ilə böyüməsinin tərəfdarıyıq.

Yeri gəlmişkən qeyd etməliyəm ki, insanlıq tarixində baş verən müharibələrin, kütləvi qırğınların kökündə hər zaman hər hansı bir xalqa, millətə və ya etnik qrupa münasibətdə nifrətin, dözümsüzlüyün formalaşdırdığı amillər xüsusi yer tutur. Bu amillər və siyasət nəticəsində yaranan ideologiyanın güclənməsinə və yayılmasına təkan verən ən güclü vasitələrdən biri də nifrət nitqidir.

Bu günlərdə Ermənistanın eks-prezidenti, “Hayastan” (“Ermənistan”) seçki blokunun rəhbəri, ərazilərimizin işğalı ilə soydaşlarımıza qarşı törədilmiş müharibə cinayətlərinin, Xocalı qətliamının əsas iştirakçısı və təşkilatçılarından olan Robert Köçəryan ölkəsində öz seçiciləri ilə yekun görüşündə söylədiyi nifrət nitqi və həmin prosesdə gəlini Siranuş Köçəryanın oxuduğu mahnıda isə türk xalqının təhqir olunması, qətl və faicələr törədilməsinin təbliğ edilməsi, qatilin fəxrlə vəsf olunması və buna yönəlik çağırışlar regionda sülhə, xalqların birgəyaşayına çox ciddi təhdiddir.

Nifrət nitqinin bu cür həssas zamanlarda radikal şəkildə paylaşılması etnik əlamətinə görə insanların qətlə yetirilməsi ilə nəticələnən müharibə və sülh əleyhinə cinayətlərinin törədilməsinə, işğalçılıq meyillərinin artmasına səbəb olur.

Bu faktlar bir daha təsdiq edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin uzun illərdir regiondakı başqa millətlərə qarşı formalaşdırmaqda davam etdiyi nifrət ideologiyası etnik təmizləmə və işğalçılıq siyasəti ilə müşayiət olunmuş, müxtəlif dövrlərində etnik təmizləmə, kütləvi qırğınlar və soyqırım cinayətləri törədilmişdir.

Müasir dövrümüzdə informasiya texnologiyalarının imkanlarından istifadə edərək sosial şəbəkə və müxtəlif platformalarda azərbaycanlıların əleyhinə təbliğat aparılmasını şiddətlə qınayırıq.

Yekunda isə qətiyyətlə bildirmək istərdim ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuzun qələbəsiylə başa çatmış hərbi əməliyyatlardan sonra beynəlxalq humanitar hüququ kobud şəkildə pozmuş Ermənistanın hərbi-siyasi rəhbərliyi hüquq və qanun qarşısında cavab verməli, o cümlədən uşaqların həyatı, sağlamlığı və digər hüquqlarına yönəlmiş pozuntulara görə məsuliyyətə cəlb olunmalıdırlar.

Xəbər lenti

Xatirə bulaq kompleksinin açılışı olmuşdur

            Ağcabədi şəhərində şəhid Həziyev Xəyalın doğulduğu evin yaxınlığında xatirə bulaq kompleksinin açılışı olmuşdur. Açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və...

Azərbaycanın ərazi bütövlüyü bərpa olunub

Azərbaycan Respublikasının Prezidenti Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının 15 oktyabr 2021-ci il tarixdə keçirilən iclasında çıxış edir. Dövlət başçısı qeyd edib...

Ağcabədi xəstəxanasının direktoru barəsində cinayət işi məhkəməyə göndərilib

“Ağcabədi rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində işləmiş Fövzi Tahirovun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror...

Qələbənin Qubadlı zirvəsi

25 oktyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha bir bölgə Qubadlı şəhəri mənfur düşməndən azad olunub. Qubadlı...

YAP Ağcabədi rayon təşkilatında videokonfrans keçirilmişdir

                          Oktyabr ayının 16-da YAP Ağcabədi rayon təşkilatı“Dövlət Müstəqilliyinin bərpası”nın 30-cu ildönümü münasibətilə  videokonfrans  keçirmişdir.YAP Ağcabədi rayon...

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar olaraq Ağcabədi və Ağdam rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir

16 Oktyabr 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi və Ağdam rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə Zoom...

Ağcabədidə paltarı dəzgaha ilişən gəncin boynu sınıb

Pambıq zavodunda işləyən 1995-ci il təvəllüdlü Mehralıyev Amil Aqil oğlunun paltarı iş yerində elektrik dəzgahına ilişib. Nəticədə o ağır...

Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident! 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar əməyimə yüksək qiymət verərək məni «Əməkdar müəllim» fəxri adı...

Təlim və tədbirlərin yekunu

Avropa İttifaqının maliyyə dəstəyi, UNİCEF və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Erkən Uşaqlıq Dövründə İnkişaf” (EUDİ) layihəsi əsasında bölgədə keçirilən...

Ürəklər bir olanda…

Dərd var ki, tək çəkilmir. Onun böyüklüyü bir qəlbə sığmır. Amma buna baxmayaraq, dərd çəkilməlidir. Həyat öz  təbii...

Şərhlər