Əsgər Nəsib oğlu Əhmədov 1 dekabr 1958-ci ildə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində anadan olub. 1974-cü ildə kənd orta məktəbini bitirib. 1981-ci ildə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinə daxil olub, 1986-cı ildə həmin məktəbin xanəndəlik şöbəsini bitirib. Musiqi məktəbində müəllimi respublikanın xalq artisti Ağaxan Abdullayev, həmçinin həmişə ifasından bəhrələndiyi muğam ustası Yaqub Məmmədov olub.
1988-2013-cü illərdə Azərbaycan Dövlət Muğam teatrında solist işləyib. 2014-cü ildən isə Bakı şəhərində 30 saylı musiqi məktəbində dərs deyir.
Əsgər Nəsib oğlu Əhmədov 2009-cu ildən Azərbaycan Respublikasının Əməkdar artistidir.