Öncə peyvənd haqqında hər yerdə axtarıb tapa biləcəyimiz, amma təəssüf ki, öyrənməyə maraq göstərmədiyimiz qısa məlumata baxaq:
Peyvəndlər orqanizmin özünə məxsus qoruyucu mexanizm inkişaf etdirə bilməsi üçün istifadə edilən maddələrdir. Bunlar ölü və ya dəyişdirilmiş mikroblar, eyni zamanda onların hissəcikləri ola bilər. Peyvəndlər iynə, ağız və burun yolu iləorqanizmə daxil edilir.
Peyvəndlər immun sistemimizin virus və bakteriyaları, həmçinin onların ifraz etdiyi zərərli maddələri tanımasını təmin edir. Beləliklə, peyvənddən sonra orqanizmə təhlükəli orqanizm daxil olduqda immun sistem ona qarşı hazırlıqlı olur və daha güclü mübarizə aparır. Peyvəndləmə nəticəsində yaranan müdafiəsistemi ilə xəstəliklər tamamilə dayandırıla və ya gedişi yüngüləşdirilə bilər.
Xoşagəlməz haldır ki, əksər işlərdə olduğu kimi vaksinasiya ilə də bağlı zamanla müəyyən şaiyələr, insanları peyvənddən yayındıracaq söhbətlər yayıldı. Bu kimə və niyə lazımdır, bilmirəm, amma bilməli olduğumuz odur ki, peyvənddən qaçmaqla biz özümüzə zərbə vurmuş oluruq. Ölkə prezidenti İlham Əliyev 2020-ci ilin aprel ayında nazirlərin iştirakı iləkeçirdiyi iclasda söyləmişdi: “Bizim üçün prioritet məsələ,- mən bunu qeyd etmişəm,bir daha demək istəyirəm,-insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.” Və göründüyü kimi də, tez bir zamanda səhiyyəsistemi COVİD-19-la mübarizəyə səfərbər edildi, qısa vaxtda böyük işlər görüldü, nəhayət Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya Strategiyası” təsdiq edildi. Və tədbirlərin görülməsində əsas məqsəd koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Əvvəl qeyri – ciddi yanaşdığımız virus sonra yavaş-yavaş yaxınlarımızı, əzizlərimizi, dostlarımızı gözləmədiyimiz halda, inanmadığımız şəraitdə alıb apardı. Və artıq bu təhlülkəni, qorxunu qapımızın ağzında görməyə,hiss etməyə başladıq. Bu gün həmin təhlükədən uzaq olmağımız üçün şərait yaradılıb.Əhali üçün hər biri effektiv və təhlükəsiz olan 4 növ vaksin seçimi var.Uzağa getmirəm, yaşadığım Ağcabədi rayonunda ilk günlərdən koronavirusa (COVİD-19) qarşı vaksinasiya kampaniyası geniş şəkildə aparılmağa başladı. Gücləndirilmiş iş rejimində çalışan rayon mərkəzi xəstəxanası ilə bərabər bir neçə kənd tibb məntəqəsinin nəzdində dəvaksinasiya məntəqəsi yaradıldı. Əhali arasında aparılan düzgün təbliğat nəticəsində sakinlər vaksinasiyada fəallıq nümayiş etdirdilər və bu gün də peyvəndlənmə işləri uğurla həyata keçirilir. Lakin çox təəssüf ki, küyə gedən,əsassız xəbərlərəinanan, öz sağlamlığını təhlükə altına alan, bununla da ümumi bəlamızdan daha tez qurtulmağımıza, kütləvi immunitetin yaranmasına mane olan insanlar da az deyil.
Ötən ilin noyabr ayında COVİD-19 virusuna yoluxdum.Təbii ki, bu yoluxmaya qədər mən də bununla bağlı xəbərdarlıqlara bir az səthi yanaşırdım. Lakin yoluxmadan sonra anladım ki,özümü də, ətrafdakı insanları da qorumaq mənim borcumdur. Bu işdəzarafat yoxdur. Mən də artıq təbliğatçıya çevrildim.
Cari ilin may ayında iş kollektivimizlə birgə peyvənd olunmaq üçün xəstəxanaya müraciət etdik. Hiss etdim ki, onlar təbliğat nəticəsində cəsarət tapıb getsələr də ürəklərində bir az şübhə qalıb. COVİD-19 virusuna yoluxmağımdan artıq 6 ay keçirdi. Əslində ciddi ehtiyac olmamasına baxmayaraq öncəözüm peyvənd olundum. Bundan sonra iş yoldaşlarım da ürəkləndilər. Artıq ikinci doza vaksin də vurulub və bizim heç birimiz zərrə qədər də olsun narahatçılıq hiss etmədik. Əksinə, ürəyimiz rahatdır, ətrafdakı insanlara təhlükə olmadığımız üçün də məmnunuq.
Məhsəti Musa