Ağcabədi Bələdiyyəsində millət vəkili ilə görüş keçirilmişdir

         Millət vəkili, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev rayonumuzda seçicilərlə, əmək kollektivləri, ziyalılar və ictimaiyyət nümayəndələri ilə müntəzəm görüşlər keçirir. Milli Məclisin deputatının bu günlərdə Ağcabədi bələdiyyəsində keçirdiyi görüş bu baxımdan mühüm əhəmiyyət kəsb edib, iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Ağcabədi bələdiyyəsi üzvlərinin qatıldıqları sözügedən tədbirdə millət vəkili T.Rzayev ölkəmizdə bələdiyyə sahəsində həyata keçirilən dövlət siyasətindən, bu istiqamətdə atılan addımlardan, yerli idarəetmə orqanı kimi bələdiyyələrin qarşısında duran vəzifələrdən ətraflı söhbət açıb.

Sonda millət vəkili görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər