Ağcabədi RİHB-nın müavini “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 23 iyun 2021-ci il tarixli müvafiq Sərəncam imzalayıb.

Bu Sərəncamla bir qrup dövlət qulluqçusu dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar.

 “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülənlər sırasında Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədovun da adı yer alıb.

 Təbrik edirik !

Şərhlər