19.6 C
Aghjabadi

ELAN – Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya keçiriləcək seçki üçün namizədlərin qəbulu başlayır

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 07 iyun 2021-ci il tarixli, 97 nömrəli sərəncamı ilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması məqsədilə rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili üçün yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

Seçki Komissiyası “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.05.2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq İctimai Şuraya keçiriləcək seçkiyə namizədlərin qəbuluna başlayır.

Namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət iyirmi iş günü olmaqla 2021-ci ilin iyun ayının 8-dən 28-dək müəyyən edilmişdir.

İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara münasibətdə isə müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşı ictimai şuranın üzvü ola bilər.

Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının işçiləri həmin orqanlarda yaradılan ictimai şuraya üzv ola bilməzlər. İctimai şuranın səlahiyyət müddəti iki ildir və üzvlərinin say həddi 15 nəfər müəyyənləşdirilmişdir.

Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. Vətəndaş cəmiyyəti institutu müraciətinə ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

  • şəxsiyyət vəsiqəsinin surətini;
  • namizədin tərcümeyi-halını;
  • namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini.
  • mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).

Qeyd: Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

İctimai şuraya namizədliyini irəli sürmək istəyən şəxsin qeydiyyatı məsələsinə seçki komissiyası tərəfindən üç iş günü müddətində baxılaraq müvafiq qərar qəbul ediləcəkdir.

“İctimai iştirakçılaq haqqında” Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə uyğun olaraq, İctimai şuraya üzvlər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra bir ay müddətində vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçiləcəkdir. Namizədliyi qeydə alınmış şəxslər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra seçki gününə bir gün qalanadək, seçkiqabağı təşviqat məqsədi ilə təşviqat materialları yaya bilərlər.

İctimai şuraya seçkinin vaxtı və keçiriləcəyi yer barədə məlumat rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsi (www.agcabedi-ih.gov.az) və digər kütləvi informasiya vasitələri ilə elan ediləcəkdir.

Xəbər lenti

27 Sentyabr Anım günü

https://www.youtube.com/watch?v=PJxvsrtJ5jo

Qəhrəman tankçı Dəyanət Əliyevin doğum günü qeyd olundu -VİDEO

https://www.youtube.com/watch?v=wlUOaSzF9vs

Rəşad Məcid Mətbuat Şurasına sədr seçildi

Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının sədri seçilib. Bu gün Jurnalistlərin VIII qurultayı çərçivəsində həyata keçirilən səsvermədə "525-ci qəzet"in baş...

Vətən müharibəsi şanlı zəfər tariximizdir

Əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir....

Ağcabədi şəhidi ilə vidalaşıb – BAKU TV (VİDEOREPORTAJ)

https://www.youtube.com/watch?v=3kJ1prZQu74&t=23s

Ağcabədidə pambıq yığımına başlanıldı – VİDEO

https://www.youtube.com/watch?v=L1kZM3Aoxfs

Qarabağ Atçılıq Zavodunun direktoru: Qarabağ atları öz yurduna qayıtdıqdan sonra cins əlamətlərini daha da zənginləşdirəcək

Respublikamızın dilbər guşələrindən olan Qarabağ füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nəfis xalçaları ilə yanaşı, həm də nadir cins atları ilə dünyada...

Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır

Ölkəmizin gücünə güc qatan müqavilə             28 il bundan əvvəl 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan və dünyanın...

Çoban, qaytar quzunu…

Hər dəfə yaylaq haqqında düşünəndə hər qarışında uşaqlığımın keçdiyi buz bulaqlı, şehli çəmənlər, qüdrətdən səngərli, qalalı dağlar yadıma düşür, xatirələr qəlbimdə şimşək...

Ənənə davam etdirilir

         Yeni tədris ilinin başlanması münasibətilə ötən illərdə olduğu kimi Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən şəhid və müharibə iştirakçılarının övladları, həmçinin hər...

Şərhlər