Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsi 21iyun 2021-ci il tarixdə fəal oxucularla birlikdə “Asudə vaxtın səmərəli təşkili” lahiyəsinə qoşularaq,”Oxu guşəsi” başlığı altında, acıq havada tədbir keçirdi.Tədbir haqqında məlumat verən kitabxananın əməkdaşı qeyd etdi ki, asudə vaxt azad vaxtdır.Asudə vaxtın səmərəli və düzgün istifadə forması şəxsiyyətin şüur və əqidəsinə, həyata baxışına təsir edir, onların inkişafına təkan verir.Odur ki, bu kimi tədbirlərin keçirilməsi, asudə vaxtın düzgün dəyərləndirilməsinə şəraitin yaradılması üçün kitabxanaların rolu böyükdür.
Tədbirdə Ağcabədi şəhər 2 saylı tam orta məktəbin azyaşlı fəal oxucuları da iştirak etdilər.Sərgi oxucuların böyük marağına səbəb oldu.