2021-ci ilin 18 iyununda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və Millət vəkili, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev sözügedən şəhər ərazisində fəaliyyət göstərən Famil Quliyev, İbrahim Ağamirov, Məhəmməd İsmayılov və digər fermerlərə məxsus təsərrüfatlarda pambıq sahələrinə baş çəkiblər. Əkin sahələrində pambığın becərilməsinin gedişi ilə maraqlanan rayon rəhbəri və Milli Məclisin deputatı fermerlərlə görüşərək onlara lazımi məsləhət və tövsiyələrini veriblər.
Fermer təsərrüfatlarının başçıları dəyərli məsləhətlərdən razı qaldıqlarını bildirib, əkin sahələrindən yüksək məhsul əldə etmək üçün bütün imkanlardan istifadə edəcəklərini söyləyiblər.
Hüseyn QULUZADƏ