Həmyerlimiz, general-mayor Zaur Məmmədov mükafatlandırıldı

Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Təltif olunan hərbi qulluqçular arasında həmyerlimiz, Şuşanın ilk komendantı, general-mayor Zaur Cavanşir (Məmmədov) də var. Z. Məmmədov “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunması haqqında sərəncamlar imzalayıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər