20.2 C
Aghjabadi

Millət Vəkili Könül Nurullayeva QSL 2021 Digital Sammitində Ağcabədidən danışıb

Milli Məclis deputatı Könül Nurullayeva dünyaca mötəbər siyasi platformalardan biri olan “Qadın Siyasi Liderləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən QSL 2021 Digital Sammitində iştirak edib.

Sözügedən forumda 100-ə yaxın aparıcı qadın siyasətçi, dövlət başçıları və beynəlxalq təşkilat rəhbərləri dinləyici və çıxışçı qismində yer almışdır. Sammitdə Avropa Mərkəzi Bankının Prezidenti Christine Legarde, NATO-nun Baş Katibi Jens Stoltenberg, Fransa Prezidenti Emmanuel Macron, Avropa Komissiyasının Prezidenti Ursula Von Der Leyen, Xorvatiya Prezidenti Kolinda Grabar-Kitarovic, keçmiş Malta Prezidenti Emeritus Marie Louise Coleiro Preca, Yaponiyanın Ədliyyə Naziri Yoko Kamikawa, İtaliya Nazirlər Şurasının Sədri Mario Draghi, Indoneziya Respublikasının Xarici İşlər Naziri Retno L.P. Marsudi, Dünya Sağlamlıq Təşkilatının Baş Direktoru Tedros Adhanom Ghebreyesus, Avstraliyanın 27-ci Baş Naziri olan Julia Gillard, Panamanın Vitse-Prezident və Xarici İşlər Naziri İsabel Saint Malo kimi qonaqlar da fikir mübadiləsinə qoşulub.

Millət vəkili Azərbaycanı forumda qadın siyasətçiləri və liderlərinin post-pandemiya dönəmində yarada biləcəyi yeni reallıqlara köklənmiş “milli bəyannamə” ilə təmsil etmişdir. K.Nurullayeva çıxışında bəyan etmişdir ki, Azərbaycan dövləti Müsəlman Şərqində qadınlara bərabər seçki hüququnu təmin edən ilk ölkə olaraq, daim gender bərabərliyi və qadınların bərabərhüquqluluğunu təbliğ edib. Deputat dövlətimizin birinci vitse-prezident və parlament sədri kimi vəzifələrə qadınları təyin etməklə, eləcə də qərar qəbuledici orqanlarda, parlament daxilində qadınların iştirakını artırmaqla, milli qadın siyasi liderlərinin formalaşmasına böyük töhfə vermiş olduğunu da vurğulayıb.

K.Nurullayeva bəyannaməsində həmçinin ölkəmizdə qadınların gücləndirilmə mərkəzləri şəbəkəsinin Vətən Müharibəsi zamanı dağıdılmış Tərtər, Bərdə və Ağcabədi kimi münaqişə bölgələrindən kənar ərazilərdə də genişləndiriləcəyinə dair aparılan müzakirələrə toxunub.

Sonda isə Milli Məclis deputatı bir qadın parlament üzvü kimi belə əhəmiyyətli bir mövzuda dünyaya fikir və təkliflərini çatdıra bilmək imkanını dəyərləndirərək, bütün forum dinləyici və çıxışçılarına üz tutub “yalnız bir olarsaq, muradımıza yetişə bilərik” şüarını səsləndirib.

Xəbər lenti

Şəhid Hafiz Həziyevin anım mərasimi keçirildi

Il Qarabağ müharibəsində işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi əməliyyatlarında iştirak edən qəhrəmanlarımızdan biri də Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan...

Cəbrayıldan başlayan “Böyük Qayıdış”

         Azərbaycan 44 günlük Vətən müharibəsini qələbə ilə yekunlaşdırdıqdan sonra dünyaya azad etdiyi torpaqlara necə sahibləndiyini, onu necə göz...

Avşar kəndində səyyar qəbul

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci il üçün sayca  30-cu səyyar qəbulu Avşar kəndində  keçirilib. Səyyar qəbulda rayon icra hakimiyyəti başçısı  aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və...

Şagirdlərə “18 Oktyabr Müstəqiliyin Bərpası Günü” adlı məruzə oxunub

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən yeni tədris ilində şəhər ümumtəhsil məktəblərində məruzələrin davam etdirilir Oktyabr ayında keçirilən məruzələr Vətən muharisəsinin...

Bronxoektaziya xəstəliyində niyə müalicəvi idman terapiyası mütləqdir?

Bronxoektaziya – bronxların patoloji genişlənməsi ilə xarakterizə olunan iltihabı xəstəlikdir. Bronxoektaziya əksər hallarda ağciyərin bir çox xəstəliklərinin (vərəm, xroniki abses və bir...

4 Oktyabr Yaddaşlarda qalan tarixi gün

Azərbaycan Ordusu 44 gün ərzində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər yürüşünü uğurla, şərəflə və qətiyyətlə davam etdirdi, daim irəli getdi,...

Ağcabədidə 5 Oktyabr – Müəllimlər Günü qeyd olundu

Ağcabədi rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları öncə ulu  öndər Heydər Əliyevin abidəsini ziyarət edib...

Müəllimlər təltif olundu

5 oktyabr Müəllimlər Günü ilə bağlı növbəti tədbir  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində keçirilib. Çağırışa qədər...

Böyük Qayıdış Cəbrayıldan başlamışdır

           Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın Azərbaycan torpaqlarının 20 faizi, Qarabağ ərazisi və ətraf...

Ağcabədidə “Zəfərin ilk müjdəçisi – Cəbrayıl“ adlı dəyirmi masa keçirilib

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Zəfərin ilk müjdəçisi - Cəbrayıl“ adlı dəyirmi masa keçirilib. Ağcabədi şəhər 3 nömrəli...

Şərhlər