15.7 C
Aghjabadi

Əmək Məcəlləsində edilmiş dəyişikliklər barədə

Əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi hallarına yol verilməməsi məqsədi ilə Əmək Məcəlləsinə aşağıdakı dəyişikliklər edilmişdir.

Əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi Əmək Məcəlləsinin vəzifə və prinsiplərinə əlavə edilib (maddə 2).

Əmək münasibətlərinin anlayışı müəyyən edilib: “Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.” (maddə 3, 4-1-ci hissə).

Tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab olunan və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməyən hallar müəyyən edilib (maddə 7, 2.3 və 2.4-cü hissələr):

-Müqavilənin məzmunu əmək müqaviləsində mütləq şəkildə göstərilməli şərtlər və məlumatlara, forması isə Əmək Məcəlləsinə əlavə edilmiş nümunəvi formaya uyğun olduqda;

-Tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə;

-Tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda;

-Tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda;

-Tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda;

– Yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması Əmək Məcəlləsi ilə müəyyən edilən müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ilə tənzimləndikdə;

-Yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda;

-Müqavilədə Əmək Məcəlləsinin 10-cu (Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri), 77-ci (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları), 112-ci (Məzuniyyətin növləri), 179-cu (İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar) və 186-cı (Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri) maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda.

Yuxarıda qeyd olunan hallardan biri aşkar edildiyi gündən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi təmin edilməklə yazılı əmək müqaviləsi bağlanmalıdır.

Xatırladırıq ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən

-Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet saytında (www.taxes.gov.az) tanış ola, əlavə suallar yarandıqda isə 195-1 Çağrı Mərkəzinə, eləcə də 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında yerləşən vergi ödəyicilərinə xidmət şöbəsinə (Beyləqan şəhəri, SMD-42 qəsəbəsi), Ağcabədi rayonu üzrə Vergi ödəyicilərinə xidmət mərkəzinə (Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti), İmişli rayonu üzrə Vergi ödəyicilərinə xidmət mərkəzinə (İmişli şəhəri, 20 Yanvar küçəsi) və ya Sizə yaxın olan digər xidmət mərkəzlərinə əvvəlcədən onlayn növbə tutmaqla müraciət edə bilərsiniz.

Məlumat üçün onu da qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytının “Əlaqə” bölməsindəki “Vergi ödəyiciləri ilə görüşlər” alt bölməsində (https://www.taxes.gov.az/az/page/vergi-odeyicileri-ile-gorusler) yerləşdirilmiş görüşlərdə iştirak etmək istədiyiniz təqdirdə xidmət mərkəzlərinə onlayn növbə tutmaqla və ya İnternet Vergi İdarəsinin (http://www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq və e-VHF” bölməsi vasitəsilə müraciət etməklə həmin görüşlərə yazıla bilərsiniz.

8 saylı Ərazi Vergilər İdarəsi

Xəbər lenti

Gənc fermerlərlə görüş keçirilib

Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar bölgələrdə məqsədyönlü tədbirlər, görüşlər keçirilir. Noyabrın 25-də gənc sahibkarların...

Ermənistanın cinayətləri beynəlxalq hüquq normalarının Pozulmasıdır

    Ermənistanın insanlığa qarşı cinayətlərinin beynəlxalq aləmdə ifşa olunması vacib amildir. Bu cinayətlər barədə Prezident ilham Əliyev 15 noyabrda Albaniyada rəsmi səfər zamanı mətbuata verdiyi...

Laçın aeroportunun inşası bölgənin beynəlxalq statusunu artıracaq

Laçın qədim tarixə və zəngin təbii ehtiyatlara malikolan ərazilərimizdəndir. Rayon 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən...

Narkomaniya ilə mübarizə məqsədilə Ağcabədi rayonunda təlim təşkil olunub

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər...

Tədarük məntəqələrinə 285 min tondan çox pambıq təhvil verilib

Respublikada pambıq yığımı davam edir. Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 285743 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda...

Pielonefrit xəstəliyi haqqında bilmədikləriniz – HƏKİM DANIŞIR

Pielonefrit xəstəliyi sidik kisəsində infeksiya yayılmasından yaranır. İltihabi prosesin artması daxili kəskin inkişaf ilə bağlıdır. Xəstəlik tam müalicə olmadıqda, xroniki formaya keçir.

“Vətənin müdafiəsinə hazıram” Poliatlon çoxnövçülüyü üzrə rayon turniri keçirilmişdir

   24 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram”...

Anti-Azərbaycan təbliğatı İranın dəyişməz siyasətidir

  Azərbaycan bütün ölkələrlə o, cümlədən qonşuları ilə problemsiz münasibətlərin formalaşmasında maraqlıdır. Təəssüf ki, Azərbaycanın yerləşdiyi bölgədə qonşu olduğu dövlətlər bizim ortaya qoyduğumuz münasibətlərə...

RİH yanında İctimai Şura və “Aran” qəzetinin rəhbərləri tələbələrlə görüşüb

         Ağcabədi rayon İcra Hakimiyyəti yanında İctimai Şura və  “Aran” qəzetinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecinin tələbələri...

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı şəhid anasının dəvəti ilə onu evində ziyarət etdi

Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən istər I-ci Qarabağ müharibəsi , istərsə də vətən müharibəsi şəhidləri daim diqqət mərkəzində saxlanılır . Bu ailələr...

Şərhlər