5.7 C
Aghjabadi

Arzunu yox, Zəfəri alqışlayırıq…

İş rejimi, vaxt azlığı ucbatından övladlarıma çox qayğı göstərə bilmirəm. Nə deyim, bu bir ağrı kimi qalır ürəyimdə.

Bugünlərdə, daha doğrusu, iyunun 25-də səhər tezdən fikrimdə Silahlı Qüvvələr Günü ilə bağlı yazını necə başlayacağımı  götür-qoy edə-edə işə getməyə hazırlaşırdım. Eyni zamanda, yatmış övladlarıma da baxıb köks ötürdüm. “Görəsən mən bunların yaddaşında necə bir ana kimi qalacağam, görəsən onlar üçün bugünədək birgə keçirdiyimiz hansı gün daha yaddaqalan olub” deyə düşündüm. Bu vaxt qızım, sonra da oğlum yuxudan oyanıb mənimlə salamlaşdılar. Qeyri-ixtiyari onlara sual verdim:

– Bugünədək sizin üçün daha özəl, daha gözəl gün hansı olub?

Oğlum dilləndi:

–  2 aprel.

Həmin gün oğlumun doğum günüdür. Elə bildim onu nəzərdə tutur. Soruşdum:

-Yox ey, onda gəl belə deyək, qeyd etdiyimiz doğum günlərindən hansı daha yaddaqalan olub?

Oğlum qımışdı:

-Ana, nə ad günü? Aprel döyüşlərini deyirəm. Axı biz torpaqlarımızı azad etməyə onda başladıq?!

Baxmayaraq ki, onda daha kiçik idi,  həmin günü özəl gün kimi yadda saxlamağına çox sevinirəm. Oğlum davam edir:

-Bir də 8 Noyabr.

Bacısı da ona qoşulur:

– Hə, 8 Noyabrda axı Şuşa azad edildi.

Qəhər məni boğur. Səhərdən qəlbimi üzən narahatçılıq, onlara vaxt ayıra bilməməyim, birlikdə keçirdiyimiz xüsusi günlərin az olması ilə bağlı yaşadığım gərginlik bir anda yox olur. Bu uşaqlar hardan alıblar bu ruhu? Bunlara vaxt ayırmadığım halda necə belə yetişiblər?

Lakin bu vaxt  xatirələr çözələnir. Vətən müharibəsi zamanı böyüklərlə yanaşı, bax beləcə kiçik uşaqların sevinci, həyəcanı, televizor qarşısında saatlarla əyləşərək Ali Baş Komandanın daha bir qələbə xəbərini verməsini gözləmələri, ağır artilleriyadan atəş açılarkən ev silkələnəndə qorxmaq əvəzinə “Vur, komandir, vur!” deyə sevincə çığırmaqları…  Həmin günlərdə biz ailə olaraq eyni həyəcanı yaşayırdıq. Eyni vaxtda sevinir, eyni vaxtda qələbə müjdəsini gözləyirdik. Uşaqlı-böyüklü Zəfərimizin elan olunması xəbərini eşitmək istəyirdik. Bax onda bir yumruq olmuşduq. Həm xalq olaraq, həm ailə içində… Uşaqlı-böyüklü arzumuz, istəyimiz, gözləntimiz, sevincimiz eyni idi. Övladlarımın yaddaşında sən demə həmin günlər həm də bizim birgə keçirdiyimiz gözəl günlər kimi  qalıb. Bütün bu hissləri bizə yaşadan isə Azərbaycan Ordusu idi. İllərin sükunətini, qorxusunu, bədbin ruhunu, inamsızlığını vurub parçalayan Azərbaycan Ordusu…

Hər il Silahlı Qüvvələr Günü münasibətilə  hərbi hissələrdə təşkil olunan tədbirlərdə hərbçilərimizə qalib ordunun əsgəri olmağı diləyirdik. Hər dəfə bu arzu böyük alqışlarla qarşılanırdı. 2021-ci ildə isə artıq biz arzunu yox, qələbənin özünü alqışlayırıq…

… Bayaqkı ruh düşkünlüyüm böyük sevinclə əvəzlənir. Balacaların üzündən öpüb işə yollanıram.Yox, bu dəfə mən Silahlı Qüvvələr gününə hazırladığım yazıda Azərbaycan Ordusunun keçdiyi  yolun tarixindən heç nə yazmayacağam. Çünki artıq Ordumuz özü bir şərəfli tarix yazıb.

Bayramın mübarək, Azərbaycan Əsgəri!

Bayramın mübarək, Azərbaycan Ordusu!

Məhsəti Musa

525-ci qəzet

Xəbər lenti

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları...

“12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım günü”ilə əlaqədar məktəblərdə mühazirələr davam etdirilir

Bu gün Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən M.Aranlı adına 11 saylı tam orta məktəbin Gənc Heydərçilərinə Ulu Öndər Heydər...

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “12 Dekabr-Anım Günü” ilə əlaqədar “Heydər Əliyev və Gənclər siyasəti” adlı tədbir keçirildi

Tədbir 07 dekabr 2022-ci il tarixində Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta...

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

Şərhlər