26 İyun Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq, Ağcabədi şəhər 5 saylı körpələr evi-uşaq bağçasının kollektivi şəhid Fəryad Xəlilov, Məhəmməd Məmmədov, Həsən Süleymanovun ailələrini ziyarət edərək, onlara bayram sovqatı aparıblar. Şəhidlərimiz haqqında xatirələrini bölüşən ailə üzvləri, eləcə də 5 saylı körpələr evi-uşaq bağçasının müdiri Gülşən Həsənova dövlətimiz və rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan danışıblar. Bu qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Daha sonra Şəhidlər Xiyabanında olan ziyarətçilər torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın məzarı üzərinə tər çiçək dəstələri düzüblər. Bağçanın körpə fidanları şəhidlərimiz haqqında qısa məlumatlar və şeirlər səsləndiriblər.
Rəmziyyə HƏSƏNOVA