Pambığın məhsuldarlığının artırılmasında suvarma tədbirlərinin səmərəli təşkili mühüm əhəmiyyət kəsb edir. Rayonun təsərrüfatlarında da bu istiqamətdə ciddi addımlar atılır. Fermer təsərrüfatlarına məxsus 11 min hektardan çox əkin sahəsinin 1-ci suvarma suyu ilə təmin olunması diqqət mərkəzindədir. Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Malik Mirzəyevin sözlərinə görə, rayon ərazisində fəaliyyət göstərən bütün pambıqçılıq təsərrüfatlarında suvarmaya start verilib. Yetişdirilmiş pambıq kollarının suvarılmasına isti yay günlərində xüsusilə zəruri ehtiyac yaranıb. Havaların günəşli və qızmar keçməsi səbəbindən əkin sahələrində fasiləsiz suvarma işləri aparılır. Bu məqsədlə kollektivin bütün imkanları səfərbərliyə alınıb. Pambıq əkini sahələrinin suvarılmasında alternativ su mənbələrindən istifadə edilməsi də nəzərdə tutulub.
Yəhya PAŞAZADƏ