Ağcabədi şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair “Ağcabədi şəhərinin Baş planı”nın təsdiq edilməsi haqqında

Ağcabədi şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair “Ağcabədi şəhərinin Baş planı”nın təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Ağcabədi şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair “Ağcabədi şəhərinin Baş planı” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 29 iyun 2021-ci il No 186

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər